Icma.az
close
up
RU
Okeanın o tayından Rusiyaya ötürülən mesajlar

Okeanın o tayından Rusiyaya ötürülən mesajlar

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Kiyev, 25 sentyabr, AZƏRTAC

Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində Ukrayna və Amerika prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında keçirilən və bundan sonra səslənən bəyanatlar Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində yeni vəziyyət yaradıb. Zelenski ABŞ-ın dövlət başçısının ona etimadının artdığını bildirdi, Tramp isə Ukraynanın öz ərazilərini geri qaytarmaq gücündə olduğu anonsunu verdi.

Bəs Nyu-Yorkda səslənən bəyanatlar Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsinə nə kimi təsir edəcək? Hazırda bu sual ətrafında müxtəlif fikirlər səslənməkdədir. Ukraynalı ekspertlər hesab edirlər ki, hazırda psixoloji üstünlük qazanan Ukraynaya hərbi və siyasi dəstək güclənərsə, cəbhədə vəziyyət dəyişə bilər. Onu da qeyd edək ki, artıq son bir ayda Ukrayna 360 kvadratkilometr ərazini işğaldan azad etməyi bacarıb.

Ukraynalı ekspert İvan Us AZƏRTAC-a açıqlamasında bildirib ki, Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi Ukrayna müharibəsinin gələcək taleyi baxımından önəmlidir.

“Bir neçə aydır ki, üzərində işlənilən və müharibənin tənzimlənməsi üçün nəzərdə tutulan Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir Putinin görüş planı baş tutmadı. Çünki Rusiya tərəfi bu görüşə getməkdən imtina etdi. Arada yaranan fasilədən sonra BMT Baş Assambleyasında görüşlər onu göstərdi ki, Ukrayna-Rusiya müharibəsinin tənzimlənməsində yeni vəziyyət yaranıb. ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən sonra dəfələrlə bildirmişdi ki, Ukrayna öz ərazilərini geri qaytarmağı unutmalıdır. Lakin Nyu-Yorkda Prezident Zelenski ilə görüşdən sonra bəyan etdi ki, Ukrayna tam olaraq işğalda olan ərazilərini geri qaytara bilər, hətta daha irəli gedə bilər. Bununla da Tramp müharibəni dayandırmaq istəməyən Rusiyaya mesaj ötürüb ki, müharibəni dayandırmasa, nəticələr ağır ola bilər. Ukrayna nəyinki, öz sərhədlərini bərpa edə bilər, həmçinin sərhədləri aşa da bilər”, - deyə ukraynalı ekspert əlavə edib.

İvan Us hesab edir ki, Trampın bu mesajı olduqca ciddidir. Ancaq hələ ki bunlar sözdə səslənən bəyanatdır.

“Bu fikirlərin necə reallaşacağını söyləmək çətindir. Ancaq bu mərhələdə Amerika Prezidenti Donald Trampın ritorikasını Ukraynanın öz ərazi bütövlüyünün bərpası baxımından Rusiya üçün riskli olduğunu söyləmək olar. Baxaq görək proseslər qoşunların təmas xəttindəki vəziyyətə necə təsir edəcək. Əsas fakt odur ki, Nyu-Yorkdakı görüşlər və səslənən bəyanatlardan sonra Ukraynanın 1991-ci ildəki sərhədlərinin bərpasının mümkünlüyü istiqamətində psixoloji baryerı aşmaq mümkün oldu”, - deyə ukraynalı ekspert bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri