Qulu Məhərrəmli Qusmandan danışdı: “Bu kin çanağı Putinin öz başında sınacaq”
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
“3-cü Şuşa Qlobal Media Forumunda iştirakına görə məşhur Mixail Qusmanın TASS İnformasiya Agentliyinin direktor müavini vəzifəsindən azad edilməsi çökməkdə olan Rusiyanın, batmaqda olan Putinin nə qədər miskin vəziyyətdə olduğunu göstərir. Mən əminəm ki, artıq Rusiya dövlət təfəkkürü və diplomatiya ilə deyil, cəngəllik qaydaları, kin-küdurət və qisas hissi ilə idarə olunur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib.
“Azərbaycan sevdalısı Mixail Qusman Bakıda doğulub, istedadlı jurnalist, tərcüməçi və teleradio aparıcısıdır. 30 ildir TASS-da çalışır, “Hakimiyyət formulu” verilişinin müəllifi və aparıcısıdır. Rusiyanın əməkdar jurnalisti, Dövlət Mükafatı laureatıdır. O da, qardaşı Yuli Qusman da çətin günlərdə həmişə Azərbaycanın yanında olublar. 44 günlük müharibə zamanı Mixail Qusmanın bizim Müdafiə Fonduna 50 min avro yardım etməsi unudulmayıb.
Kremlin belə bir məşhur şəxsiyyətə, Rusiyanın görkəmli dövlət, mədəniyyət və media xadiminə qarşı atdığı ədalətsiz addım əsl namərdlikdir. İnşallah, bu nifrət, qərəz, kin-küdurət çanağının Putinin öz başında sınacağına az qalıb...”,-deyə o bildirib.
Xəzər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 25 İyul 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















