Icma.az
close
up
RU
“BU CÜR ADDIMLAR ƏSL NAMƏRDLİKDİR... ”Qisas çanağı Putinin öz başında sınacaq”

“BU CÜR ADDIMLAR ƏSL NAMƏRDLİKDİR... ”Qisas çanağı Putinin öz başında sınacaq”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmış media eksperti, professor Qulu Məhərrəmli Mixail Qusmanın TASS informasiya agentliyindəki vəzifəsindən azad edilməsinə münasibət bildirib.

"AzPolitika"  xəbər verir ki, o, bu addımı Rusiyanın çökməkdə olan rejiminin və Prezident Vladimir Putinin batmaqda olan siyasi iradəsinin göstəricisi kimi qiymətləndirib.

O, qeyd edib ki, Şuşa Qlobal Media Forumunda iştirakına görə Mixail Qusmanın TASS-ın direktor müavini postundan uzaqlaşdırılması Rusiyanın dövlətçilik təfəkkürünün artıq tamamilə sıradan çıxdığını nümayiş etdirir.

“Bu fakt bir daha sübut edir ki, Rusiya artıq diplomatiya və dövlət məntiqi ilə deyil, cəngəllik qaydaları, kin-küdurət və qisas hissi ilə idarə olunur”, – deyə Qulu Məhərrəmli vurğulayıb.

Professor bildirib ki, Mixail Qusman Azərbaycana dərin bağlılığı ilə seçilən, Bakıda doğulmuş istedadlı jurnalist, tərcüməçi və teleradio aparıcısıdır. 

“O, 30 ildir TASS informasiya agentliyində çalışır, eyni zamanda ‘Hakimiyyət formulu’ verilişinin müəllifi və aparıcısıdır. Rusiyanın əməkdar jurnalistidir, Dövlət Mükafatı laureatıdır”, – deyə Məhərrəmli xatırladıb.

O əlavə edib ki, Qusman qardaşı – tanınmış rejissor və ictimai xadim Yuli Qusmanla birlikdə hər zaman Azərbaycanın yanında olub: “44 günlük Vətən müharibəsi zamanı Mixail Qusmanın Müdafiə Fonduna 50 min avro ianə etməsi bu xalqın yaddaşında silinməz iz qoyub”.

Qulu Məhərrəmli hesab edir ki, Kremldə belə nüfuzlu şəxsiyyətə qarşı edilən haqsızlıq Rusiyanın dövlət və media sferasında hökm sürən siyasi mədəniyyətsizliyin göstəricisidir: “Bu cür addımlar əsl namərdlik və cındırlıqdır. İnanıram ki, bu nifrət, qərəz, kin-küdurət və qisas çanağı nəhayət, Putinin öz başında sınacaq”.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 İyul 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri