Qulu Məhərrəmlidən yaradılacaq yeni media qurumu barədə açıqlama
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda media sahəsində vahid qurum olacaq Media və Yayım Şurası yaradılır. Yeni qanun layihəsi parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə edilib. Sənəddə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək məqsədi daşıyan kollegial mexanizmə keçid zərurəti əksini tapıb. Müasir dövrdə çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi bu sahəyə vahid yanaşmanı tələb edir.
Məsələ ilə bağlı əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində yazılı mətbuatı tənzimləyən qurumlar müxtəlifdir:
"Bizdəki Mətbuat Şurası kimi qurumlar əsasən qəzetlərlə ictimaiyyət arasında, şikayətçilərlə qəzetlər arasındakı münasibətləri tənzimləyir. Ombudsman və etik kodekslər kimi, mətbuat şuraları da özünütənzimləmənin bir forması kimi çıxış edir.
Televiziya və radio yayımı isə əsasən dövlət qurumları tərəfindən tənzimlənir, çünki elektron medianın tənzimlənməsi daha mürəkkəb sistemdir. Burada tezliklər, dövlət resursları və milli təhlükəsizlik kimi məsələlər mövcuddur. Ona görə də bu sahənin tənzimlənməsi dövlət qurumları tərəfindən həyata keçirilir.
Bizdə son illərdə yaradılmış Media Agentliyi də dövlət qurumu kimi fəaliyyət göstərir. Yeni medianın yaranması, saytların artması və elektron sistemlə audio-vizual sistemin bir-birinə yaxınlaşması yeni reallıq formalaşdırır.
Ona görə də Audiovizual Şura və Media Agentliyinin birləşməsi ilə bağlı müzakirələrin müəyyən məntiqi əsası var. Ümumilikdə əsas məsələ medianın fəaliyyətinin tənzimlənməsidir. Bu həm saytları, həm internet mediasını, həm də televiziya və radio fəaliyyətini əhatə edir. Bu baxımdan məntiqə zidd bir məqam yoxdur. Belə müzakirələr ortaya çıxırsa, deməli bunun həm hüquqi, həm də ictimai əsası mövcuddur", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Qulu Məhərrəmlidən “Gününsəsi”nə yubiley təbriki Video
15 Aprel 2026 14:42
Qulu Məhərrəmlidən Sədərəkdən Şuşaya filmi ilə bağlı AÇIQLAMA
19 Yanvar 2025 13:40
Qulu Məhərrəmlidən Azər Həsrətə ETİRAZ “Rus bölmələri azaldılmalıdır, amma...”
14 İyul 2026 12:27
Qulu Məhərrəmlidən deputatın təklifinə REAKSİYA: Azərbaycanda belə bir bazar varmı?
19 İyun 2026 15:25
Süni intellekt jurnalistikanı məhv edəcək, yoxsa xilas? Qulu Məhərrəmlidən maraqlı proqnoz
10 Fevral 2026 19:08
Baxış sayı:99
Bu xəbər 16 İyun 2026 15:02 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları