Icma.az
close
up
RU
“Qumar kralı”nın adamları azadlığa çıxdı 8 illik hökm ləğv edildi

“Qumar kralı”nın adamları azadlığa çıxdı 8 illik hökm ləğv edildi

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qumar kralı” Şəkili Yusifin adamları haqda 8 il həbs qərarı ləğv edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə işdəki ciddi qanun pozuntularını əsas götürərək belə nəticəyə gəlib.

Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov daha əvvəl qumar oyunları təşkil etmə və qanunsuz sahibkarlıq ittihamları ilə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə ediliblər.

Hökmə əsasən Nüslətə şərti, digərlərinə isə 2 il 6 aydan 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə müttəhimlərin 1 milyon manatdan artıq qiymətləndirilən əmlakları üzərindəki həbs qərarı ləğv edilib.

Amma prokurorun protesti vəziyyəti dəyişib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm ləğv edilib.

Yeni qərarla sözügedən şəxslər ayrı-ayrılıqda 8 il müddətinə azadlıqdan məhrum edilib, əmlakları müsadirə edilib. Apellyasiya instansiyasının qərarını isə Ali Məhkəmə ləğv edib.

Yüksək instansiya işdə qanun pozuntuları aşkar etdiyindən yenidən araşdırmaya qaytarıb. Bakı Apellyasiya Məhkəməsində təkrar araşdırmanın ilk iclasında müdafiə tərəfindən vəkil Hikmət Əliyev vəsatət qaldırıb.

Müdafiəçi müttəhimlərə münasibətdə çıxarılan 8 illik həbs qərarı ləğv edildiyindən yeni qərara kimi ev dustaqlığına buraxılmalarını istəyib. Hakimlər vəsatətdə qeyd olunan arqumentləri əsaslı hesab edib. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov üçü də ev dustaqlığına buraxılıb.

Məhkəmə baxışı isə davam edəcək. Bundan sonra sərbəst mühakimə ediləcək müttəhimlər tam bəraət tələb edirlər. Qeyd edək ki, “Şəkili Yusif” özü də həbsdədir. Onun işi üzrə ibtidai istintaq davam edir.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 İyul 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri