Icma.az
close
up
RU
“Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi

“Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali Məhkəmədə qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək qumar oyunları təşkil edən təqsirləndirilən şəxslər barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd: Rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqı zamanı Sərxan Süleymanovun tanışları Təhmin Müslümzadə, Nicat Zülfüqarov, Nüslət Xəlilov və digər şəxslərlə əlbir olaraq cinayətkar niyyətlərini pərdələmək məqsədi ilə “Topaz” markası adı altında ticarət nümayəndəliyi (agent) barədə müqavilə bağlamaları, bu yolla 2017-2022-ci illər ərzində Bakı şəhəri və Abşeron rayonunda yerləşən bir sıra “Topaz” məntəqələrində ayrıca qumar oyunlarının təşkili nəticəsində 2 milyon 927 min manatdan artıq gəlir əldə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) və 244-1.4-cü (xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarını təşkil etmə və keçirmə) maddələri ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərə qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham əsassız hesab edilib. Nüslətə şərti, digərlərinə isə 2 il 6 aydan 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, dəymiş ziyanın əvəzi olaraq müttəhimlərə aid 1 milyon manatdan artıq qiymətləndirilən əmlaklar üzərindəki həbs qərarı ləğv edilib.

Hökmdən verilmiş protesti Apellyasiya Məhkəməsi əsaslı hesab edib. Prokuror təqsirləndirilən şəxslərə törətdikləri cinayətlərə münasibətdə yüngül cəza verildiyini hakim qarşısında bəyan edib. Qərara əsasən, əvvəlki instansiyanın hökmü ittiham tərəfinin xeyrinə ləğv edilib. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonuncu məhkəmə zalında həbs edilib. Həmçinin dövlətə dəymiş ziyanın əvəzi olaraq üzərinə həbs qoyulmuş 1 milyon 324 min manatlıq əmlaklar müsadirə edilib.

Apellyasiya instansiyasının qərarını isə Ali Məhkəmə ləğv edib. Yüksək instansiya işdə qanun pozuntuları aşkar etdiyindən yenidən araşdırmaya qaytarıb. Bakı Apellyasiya Məhkəməsində təkrar araşdırmanın ilk iclasında müdafiə tərəfindən vəkil Hikmət Əliyev vəsatət qaldırıb.

Müdafiəçi müttəhimlərə münasibətdə çıxarılan 8 illik həbs qərarı ləğv edildiyindən yeni qərara kimi ev dustaqlığına buraxılmalarını istəyib.

Hakimlər vəsatətdə qeyd olunan arqumentləri əsaslı hesab edib. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov ev dustaqlığına buraxılıb.

Qeyd: Mətbuatda təqsirləndirilən şəxslərin “Qumar kralı” Yusif Baqiyevin (“Şəkili Yusif”) adamları olduğu qeyd olunur. /pravda.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 İyul 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see321

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see308

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see276

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see256

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see236

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see233

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see230

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see227

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see223

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see220

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see209

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see209

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see205

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see189

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see185

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see180

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see178

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see178

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see176

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri