Icma.az
close
up
RU
Qumardan əldə edilən 161 milyonu leqallaşdıran şirkətin fəaliyyəti dayandırıldı

Qumardan əldə edilən 161 milyonu leqallaşdıran şirkətin fəaliyyəti dayandırıldı

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


“Paysis” MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsmi açıqlamasına əsasən internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslərlə yanaşı “Paysis” MMC və onun rəhbəri barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb.
Bildirilir ki, cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənədək Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi rəhbər tutularaq, “Paysis” MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin dayandırılması barədə göstəriş verilib.
Məlumat üçün bildirək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Paysis” MMC və “Pulpal” MMC-nin rəhbəri Nasibov Samir Hüseyn oğlu barəsində cinayət işinin açılması barədə açıqlamanı bu ilin fevral ayında yayıb.
Bildirilib ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Baqiyev Yusif Seyfullah oğlunun Ramil Saadov və digər şəxslərlə mütəşəkkil dəstə halında birləşərək özünə məxsus olan onlayn qumar saytlarının ölkə ərazisində qanunsuz olaraq fəaliyyət göstərməsinə nail olmaqla xüsusilə külli miqdarda qanunsuz gəlir əldə etməsinə, habelə, 2022-ci ildən başlayaraq “Paysis” MMC və “Pulpal” MMC-nin rəhbəri Nasibov Samir Hüseyn oğlu ilə sövdələşərək sonuncuya məxsus pul köçürmə sistemlərində ayrı-ayrı şəxslərin adına elektron pul kisələrinin açılaraq onlayn qumar oyunları nəticəsində əldə edilməklə həmin kisələrə köçürülmüş ümumilikdə 161 milyon manatdan artıq pul vəsaitin müxtəlif şəxslərin adlarına açılmış çoxsaylı kart hesablarına köçürməsi yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı keçirilmiş baxış və axtarışlar nəticəsində iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Toplanmış ilkin sübutlar əsasında Yusif Baqiyev və Ramil Saadova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), Samir Nasibova isə həmin Məcəllənin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə ittiham elan edilib.
Yusif Baqiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Ramil Saadov və Samir Nasibovun barəsində isə istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Yusif Baqiyev (Şəkili) ölkədə “qumar kralı” kimi də tanınır.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Dekabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri