Icma.az
close
up
RU
"Ailə Park"ın direktorunun cinayət işi: Zərərçəkmişlər ağır cəza tələb etdi

"Ailə Park"ın direktorunun cinayət işi: Zərərçəkmişlər ağır cəza tələb etdi

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


"Ailə Park” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru Hüseyn Mədətovun barəsindəki cinayət işi üzrə hökmdən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli "Whitestone Towers” yaşayış kompleksinin inşası zamanı aparılan söküntü işlərinə lazımi qaydada nəzarət edilməyib və müvafiq tapşırıqlar verilməyib.

Qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin edilməməsi və söküntülərin qarşısının alınmaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkiyyətlərdə olan əmlaklar sökülüb və orada olan əşyalar məhv edilib.

Nəticədə vətəndaşlara ümumilikdə 728 893 manat dəyərində ziyan dəyib.

İstintaq orqanı tərəfindən "Ailə Park” QSC-nin direktoru Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunub.

Cinayət işi üzrə ifadə verən Hüseyn Mədətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildən QSC-də direktor vəzifəsində işləyir: "Bizim cəmiyyətimiz tərəfindən Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlər sökülərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış kompleksi inşa edilir. Həmin ünvanda çoxlu sayda istifadəyə yararsız evlər var. Biz cədvəl üzrə növbə tikililəri sökdükdən sonra orada təmizlik işləri aparmış, zibilləri yığıb kənara atmışıq. Yerində isəyüksəkmərtəbəli bina inşa eləmişik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin mart ayında, Novruz bayramı bitdikdən sonra, yəni martın 22-dən başlayaraq ayın sonunadək tikinti aparılan Həsənoğlu küçəsi 14, 16 və 16a ünvanlarındakı binaları, tikililəri söküblər, təxminən 8-10 günə həmin ünvanda işlərini bitiriblər: "Bundan sonra orada təmizlik işləri aparmışıq, ərazidə cəmiyyətlərimiz tərəfindən yaşayış kompleksinin inşasına başlanılıb”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, direktor kimi bütün işlərə o rəhbərlik edib.

Onun sözlərinə görə, cinayət işində adı keçən zərərçəkmişlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə heç kim göstəriş verməyib, həmin yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi növbəliliklə cədvəl üzrə aparılıb: "Mənzillərin saxlanılması öhdəliyinin olmasını bilməmişəm. Mənzillərin sökülməsinə dair Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub. Mən məhkəmə qətnamələrinin qəbul edildiyini fikirləşərək yuxarı instansiya məhkəmələrinin qərarlarını gözləməli olduğumu bilməmişəm”.

Ətraflı

Hüseyn Mədətov bildirib ki, zərərçəkmiş şəxsə məxsus ünvanda yerləşən qeyri-yaşayaş sahələrinin də saxlanılması öhdəliyindən xəbərsiz olub: "Çünki həmin qeyri-yaşayış səhələrinin sökülməsinə dair də Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub”.

İş üzrə zərərçəkmiş Qiyas Ağayev bildirib ki, üç otaqlı mənzili 2021-ci ildə 120.000 manata alıb:

"Mənzili alandan orada əşyalar olsa da, mənzildə yaşamamışıq. Mən işimlə əlaqədar çox vaxt Türkiyədə oluram. Mənim razılığım olmadan mənzilimi söküblər. Mənzilimdə mebellər, soyuducu və mətbəxə aid əşyalar var idi. Binada söküntü işləri may-iyun aylarında başlayıb. Binanı sökən zaman mənimlə heç kim əlaqə saxlayaraq məlumat verməyib. Mənzili tanışım Zamiqə tapşırmışdım. Binanın sökülməsi Zamiqə məlumat kimi deyilsə də, razılıq olmayıb. Biz bu barədə məhkəməyə mülki qaydada müraciət etmişik. Mənzillə birlikdə mənə 170 000 manat ziyan dəyib. 120 000 manat mənzilim üçün, 50 000 manat isə mənzildə olan əşyalar üçün tələbim var”.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.

Zərərçəkmiş və mülki iddiaçıların iddia ərizələri təmin olunub. Mülki iddiaçıların iddiaları üzrə məbləğlər QSC-dən tutularaq onlara verilməsi barədə qərar qəbul edilib.

Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Zərərçəkmişlər Hüseyn Mədətovun əməlini Cinayət Məcəlləsinin 186.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrinə tövsif edilməsini, barəsində azadlıqdan məhrum etmə ilə bağlı ən ağır cəza təyin edilməsini, həmçinin mülki iddianın tam olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişlərin şikayətləri təmin olunmayıb.

Bundan sonra onlar eyni tələblə Ali Məhkəməyə müraciət ediblər.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, zərərçəkmişlərin kassasiya şikayətləri də təmin olunmayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 May 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sevilya” evdə 3 xala sevindi 8 oyundan sonra

14 May 2025 01:32see184

Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı 37 heyvan tələf oldu

13 May 2025 19:20see164

Telefonu məhv edən 10 vərdiş Təhlükəlidir

14 May 2025 02:03see157

Hüseyn Həsənov axtarışa verildi

14 May 2025 19:38see141

Kamran taksi sürücülərindən şikayətləndi Video

13 May 2025 21:28see141

Qurbanlar susur, cinayətlər genişlənir: İnsan alverinə qarşı mübarizədə yeni səfərbərlik elan edilib

14 May 2025 03:50see141

Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

14 May 2025 01:01see139

iOS və iPadOS versiyalarında ciddi təhlükəsizlik boşluqları

14 May 2025 03:32see136

Uzun ömr istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun

13 May 2025 23:10see132

Qadın 13 yaşlı oğlunun dostu ilə ərinə xəyanət etdi

13 May 2025 21:05see129

Azərbaycanlı referi beynəlxalq federasiyaya üzv seçildi

14 May 2025 00:09see128

Ulduz hücumçu Beşiktaş dan gedir?

13 May 2025 20:27see125

Dinamika artdı: Şara Səudiyyəyə getdi

13 May 2025 23:18see123

Merts: Ukrayna ilə bağlı əlavə kompromislər yolverilməzdir

14 May 2025 00:53see122

Çin maşınları Mercedes Benz i çökdürür

13 May 2025 21:01see122

Alonso Real a keçsə... müdafiəçidən kluba təzyiq

14 May 2025 00:27see119

Braziliyalı futbolçunun yolu haradı?

15 May 2025 00:09see119

Hər gün iylədiyi bu şeyə görə xəstəliyə tutuldu, ağciyəri çökdü FOTO

14 May 2025 01:02see114

Telekanallara rəhbərlik edənlər kimlərdir?

14 May 2025 17:11see112

İrina Şeyk “Kann”da

13 May 2025 20:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri