"Ailəmə, uşaqlarıma görə qorxuram..." Nigar Köçərli
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda fəaliyyət göstərən Liv Bona Dea Hospital pasiyent, Əli və Nino Kitab Mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı məhkəmə müraciətinə martın 4-də Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Nigar Köçərli sosial şəbəkə paylaşımında qeyd edib.
"Martın 4-də Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea”nın mənə qarşı 222 395 manat təzminat tələb edən iddiasına baxılacaq. Məhkəməyə verilməyimə səbəb əməliyyatdan sonrakı münasibətdən narazı qalaraq şəxsi sosial şəbəkə hesabımda paylaşım etməyimdir. Bəli, 2 posta görə 222395 AZN təzminat.
Son günlər qohumlar, tanışlar mənə zəng edirlər, mesaj yazırlar, linklər atırlar və deyirlər: “Bilmirsən Liv Bona Dea Rövnəq Abdullayevindir?”
Dönə-dönə yazırlar: “Qorxmursan? Sən nə edirsən? Başını sal, işini gör.”
Səmimi etiraf edirəm — qorxuram. Rövnəq Abdullayevdən qorxuram. Ailəmə, uşaqlarıma görə qorxuram. İşimə görə qorxuram. Mənəvi cəhətdən çökmüş durumuma, fiziki ağrılar içində qovrulduğum üçün qorxuram…
Amma bu qorxu “Liv Bona Dea”da gördüyüm dəhşəti unutdurmur. Hətta indiki durumumda belə başa düşürəm ki, qorxu ədaləti məhv etmək gücündə deyil", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 18 Fevral 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















