Icma.az
close
up
RU
"Avroviziya"da kəskin dəyişiklər: Nümayəndə heyəti geri dönür

"Avroviziya"da kəskin dəyişiklər: Nümayəndə heyəti geri dönür

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Avropa Yayım İttifaqı “Avroviziya” mahnı müsabiqəsinin səsvermə qaydalarında genişmiqyaslı dəyişikliklər elan edib.

Bakupost.az xəbər verir ki, dəyişikliklərin 2026-cı ildən qüvvəyə minəcəyi qeyd edilir.

Avropa Yayım İttifaqının rəsmi bəyanatında bildirilir ki, yeniliklərin məqsədi etimadı artırmaq, şəffaflığı gücləndirmək və diqqəti musiqiyə yönəltməkdir, xarici təsirlərə və informasiya kampaniyalarına deyil. Bu dəyişikliklər 2025-ci il müsabiqəsindən sonra aparılan geniş analizlərin nəticəsidir.

Əsas dəyişikliklər bunlardır:

1. Promo kampaniyalara məhdudiyyətlər;

- İştirakçıların reklam dəstəyi ilə bağlı qaydalar sərtləşdirilir.

- Yayım İttifaqı dövlət qurumları tərəfindən dəstəklənən kampaniyalar vasitəsilə səsverməyə qeyri-proporsional təsir cəhdlərini dayandıracaq.

- Təzyiq və süni şəkildə irəliləmə cəhdləri sanksiyalarla nəticələnə bilər.

2. Bir izləyicidən daha az səs;

- Bir telefon nömrəsi və ya ödəniş üsulu ilə verilə bilən maksimum səs sayı 20-dən 10-a endirilir.

- İzləyicilərə simpatiyalarını iştirakçılar arasında daha bərabər şəkildə bölüşdürmək tövsiyə olunur.

3. Peşəkar münsiflər heyəti yenidən yarımfinalda;

- 2026-cı ildən etibarən münsiflər heyəti yenidən finalçıların müəyyənləşdirilməsində iştirak edəcək.

- İctimai səsvermə və münsiflərin səsləri təxminən 50/50 nisbətində hesablanacaq.

- Münsiflərin sayı 5-dən 7-yə artırılacaq, heyətin tərkibi genişlənəcək: musiqi tənqidçiləri, müəllimlər, xoreoqraflar, rejissorlar və sənaye nümayəndələri.

- Hər münsiflər heyətində 18–25 yaş arası iki gənc üzv mütləq yer alacaq.

- Bütün üzvlər qərəzsizlik və seçimlərini müsabiqə bitənə qədər açıqlamamaq barədə bəyannamə imzalayacaqlar.

4. Gücləndirilmiş texniki təhlükəsizlik sistemləri;

- Avropa Yayım İttifaqı şübhəli səsvermə modellərini izləmək üçün avtomatik sistemləri gücləndirəcək.

- Texniki tərəfdaşlarla əməkdaşlıq ediləcək ki, saxtakarlıq və koordinasiyalı hücumların qarşısı alınsın.

Qeyd olunur ki, bütün bu yeniliklər müsabiqənin rəhbər qrupunun təsdiqindən keçib. 2026-cı il “Avroviziya” müsabiqəsindən sonra bu dəyişikliklər yenidən analiz ediləcək və lazım gələrsə, əlavə düzəlişlər ediləcək.

Xatırladaq ki, daha əvvəl bir sıra ölkələr təşkilatçıları İsrailin növbəti il müsabiqəyə buraxılması halında yarışmadan çıxmaqla hədələyiblər.

Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Noyabr 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri