Icma.az
close
up
RU
"Azdrama"da bitməyən qovğalar...

"Azdrama"da bitməyən qovğalar...

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Eyyub Qiyas, Yazıçı


"Azdrama" tarix boyu bu cür qovğaların şahidi olub. Çünki adı üstündə, akademik... filan... (P.S. "Akademik teatrda bir tanışım var, amma yaman vurandır...", "Evləri köndələn yar" tele-tamaşasından.)

Ərəblinskiyə paxıllıq eləyənlər bir Əbdülxalıq tapıb Hüseyni öldürdülər. Tofiq Kazımovu gözü götürməyənlər məlum avtomobil qəzasından sonra bayram eləyirdilər. Ədil İsgəndərovun torbasını ən etibar elədiyi adamlar tikdi, sonradan babat xatirə danışdılar amma. Mehdi Məmmədov Akademik Tetara akademik ruh gətdirdi, dedilər, ancaq öz yaxınlarına rol verir. Həsənağa Turabovu, Əlabbas Qədirovu xərçəng elədilər. O dövrləri şəxsən xatırlayıram... Ən böyük aktyorlar bir-birinin qanına susamışdı az qala... İsrafil İsrfilova vedrə bağladılar. "Azərpaşa Nemətov ölməsə, mənə yol açılmaz" deyib, Azərpaşanın ölməyini gözlədilər. Çünki "Azdrama" qaynayan qazandır. Orada fəhlədən xalq artistinə qədər hamı özünü əvəzolunmaz hesab eləyir. Hərənin bir ambisiyası, hərənin bir eqosu... Bu... belə...

İndi də Mehriban Ələkbərzadəyə qarşı kampaniya başlayıb. Ona qarşı çıxan qadınların əksəriyyəti dostumdur, hörmət elədiyim adamlardır. Hamısının gücünü, istedadını əzbər bilirəm... Biri barmağını qatdayıb "son vaxtlar filan kitabı oxumuşam" deyə bilməz, dünyada gedən kino, tetar proseslərindən xəbərləri ola bilməz. Savadsızlar, istedadsızlar, haqsızlar həmişə belə eləyirlər. Qalıblar yüz ilin o biri başında, istedadı bir yana qoyub sosial status davası eləyirlər. Sosial status cır səslə, tədrisdən gələn ştampla monoloq deməyə, rolun anasını ağlatmağa, obrazı zorlamağa əsas vermir.

Ümumiyyətlə, yaradıcı qurumlarda sosial status prioritet ola bilməz. Şəhid ailəsi baş tacıdır, buna söz yoxdur... amma o ailənin üzvü "mən istedadlıyam" deyib özünü bayraq eləyə bilməz. Təbii... istedadı yoxdursa. Ortabab istedada qalarsa... ölkənin bütün qurumlarında ortabab istedad sahibləri filan qədərdir.

Mehriban Ələkbərzadəni qırx ilə yaxındır tanıyıram. Hələ tələbilkdən intellekti ilə seçilirdi. Bu qız üçün orta hədd yoxdur da, niyə başa düşmək istəmirsiz?! Təzə, fərqli, monumental, möhtəşəm teatr istəyirsizsə, imkan verək Mehriban xanım öz işini görsün... Mehriban Ələkbərzadə dəyərdir - bu, bir. İkincisi isə - "Rejissor - tanrıdır" (Vaxtanqov).


P.S. Əgər rəhbərlik aktyorların şıltaqlığına görə bədii rəhbəri uzaqlaşdırsa, ondan sonra "Azdrama"da xaos başlayacaq və gələn heç bir bədii rəhbər o kollektivdə nəsə bir ciddi iş görə bilməyəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri