"Azəriqaz" İB nin baş direktoru Kürdəmirdə vətəndaşları qəbul etdi
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Kürdəmir rayonunda baş tutub.
Bakupost.az xəbər verir ki, birlik rəhbəri Ucar, Kürdəmir, Tovuz, Zərdab, Şəmkir, Qəbələ və Ağsu rayonlarından qəbula üz tutan 30-dək vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, obyektin qazlaşdırılması, iş yerinin dəyişdirilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar.
Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 19 İyun 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















