"Bakupost" yazdı Bu kənddə məktəb açıldı FOTO
Icma.az bildirir, Bakupost portalına istinadən.
20 evdən ibarət olan bu kəndin bir şəhidi, demək olar ki, hər iki evdən birindən Vətən Müharibəsi iştirakçısı var. Kəndin ən mühüm problemi orta məktəbin olmaması idi. Kənddəki ibtidai məktəbi bitirən uşaqların əksəriyyəti təhsildən yayınırdılar. Çünki ən yaxın məktəb 10 kilometr uzaqda - Separadi kənd məktəbi idi. Valideynlərin yeganə arzusu kənddə heç olmasa 9-cu sinfə qədər məktəbin olması idi. Şəhid atası Nazim Sultanlı və kənd camaatı dəfələrlə aidiyyatı orqanlara mövzu ilə bağlı müraciət edib.
Bakupost.az bu məsələni işıqlandırdıqdan sonra nəhayət problem həllini tapdı. Kənd camaatının arzusu yerinə yetirildi. Bu ildən kənddə 9 illik məktəb fəaliyyət göstərəcək. Şəhid Elşən Sultanlının atası Nazim kişi və Teşkan kəndinin bir qrup sakini saytımıza məktub ünvanlayaraq sevinclərini bölüşüblər. Onlar ölkə rəhbərinə və aidiyyəti qurumlara təşəkkür ediblər.
Azər, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Sentyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















