"Bavariya"nın planlarında Haaland yoxdur
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bavariya" “Mançester Siti”nin hücumçusu Erlinq Halandı transfer etmək niyyətində deyil.
QOL.az xəbər verir ki, bu haqda insayder Kristian Falk məlumat yayıb.
Daha əvvəl mətbuatda Münhen təmsilçisinin norveçli oyunçun almaq istədiyi yazılmışdı. Kristian Falk isə bildirib ki, Bavariya" Haalandın yüksək maliyyə tələblərinə görə onunla bağlı danışıqlara başlamağı düşünmür.
Bildirilir ki, Halandın illik maaşı təxminən 35 milyon avrodur. Bu məbləğ “Bavariya”nın maliyyə siyasəti və komandanın maaş strukturu baxımından transferi çətinləşdirir. Bundan başqa, “Mançester Siti”nin əsas futbolçularından birini heyətinə qatmaq da asan olmayacaq.
Münhen klubunun əsas hədəfi isə Harri Keynlə müqaviləni uzatmaqdır. 2023-cü ildə “Tottenhem”dən transfer olunan ingiltərəli hücumçu komandanın aparıcı oyunçularından birinə çevrilib. Falkın sözlərinə görə, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar uğurla irəliləyir. “Bavariya” Keynlə uzunmüddətli əməkdaşlığı davam etdirmək və hücum xəttində sabitliyi qorumaq istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 Oktyabr 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















