"Borussiya"nın futbolçusu xəstəxanaya yerləşdirildi
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dortmund “Borussiya”sının yeni transferi Konstantinos Karetsas Çempionlar Liqasındakı debüt oyunundan sonra xəstəxanaya aparılıb.
QOL.az xəbər verir ki, 18 yaşlı futbolçu “Vilyarreal”la keçirilən ev oyununun 25-ci dəqiqəsində özünü pis hiss edib.
Yunanıstan millisinin üzvü topu komanda yoldaşına ötürdükdən sonra hakimə işarə edərək yerdə oturub. Ona meydanda tibbi yardım göstərilib və daha sonra xərəkdə stadiondan çıxarılıb.
Klubun açıqlamasında Karetsasın qan dövranı ilə bağlı problem yaşadığı bildirilib. Futbolçunun vəziyyətinin hazırda qənaətbəxş olduğu və əlavə müayinələr üçün xəstəxanaya aparıldığı qeyd edilib.
Qeyd edək ki, Karetsas bu yay “Genk”dən 30 milyon avro qarşılığında Dortmund klubuna transfer olunub. O, “Vilyarreal”la matçda ilk dəfə Çempionlar Liqasında meydana çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 09 Sentyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















