Icma.az
close
up
RU
"Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" XƏBƏRDARLIQ

"Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" XƏBƏRDARLIQ

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


"İran-İraq müharibəsi zamanı "Buşehr" Atom Elektrik Stansiyasına hücum olunmuşdu. Həmin vaxt raket reaktorun qabığını deşmişdi, lakin içəridə yanacaq yox idi. Növbəti mümkün zərbə, nüvə bombası partlayışından daha ciddi radioaktiv çirklənməyə səbəb ola bilər. Lakin reaktorun özü partlaya bilməz".

Bakupost.az xəbər verir ki, bunu RİA Novosti-yə MAQATE-nin baş direktorunun müavini Mixail Çudakov bildirib.

“Stansiyalar hərbi əməliyyatlardan qorunmur. Müasir raketlər reaktorun hermetik qabığına - mühafizə zonasına nüfuz etməyə qadirdir. AES-ə hücum nüvə partlayışına yox, ərazinin çirklənməsinə səbəb olacaq. Layihələr reaktivliklə bağlı insidentləri istisna edir. Sonuncu belə hal Çernobılda baş verib. AES atom bombası kimi partlaya bilməz, lakin çirklənmə olacaq və bu, hətta nüvə partlayışı zamanı olan çirklənmədən də böyük ola bilər,” – deyə Çudakov bildirib.

O, əlavə edib ki, mühafizə zonası daxili qəzalardan qorunmaq və yanacaq əriməsi halında sızmanın qarşısını almaq üçün nəzərdə tutulub. Lakin bu quruluş hərbi zərbələrə qarşı müdafiə funksiyası daşımır. Onun sözlərinə görə, bu, nüvə energetikasının azsaylı, lakin ciddi çatışmazlıqlarından biridir.

Çudakov həmçinin xatırladıb ki, "Buşehr" AES-i artıq İran-İraq müharibəsi dövründə hücuma məruz qalıb:

"O zaman raket reaktorun qabığını deşmişdi, lakin içəridə yanacaq yox idi. Tikinti hələ başa çatmamışdı və layihə alman şirkəti tərəfindən yarımçıq qoyulmuşdu. Sonradan Rusiya avadanlıqları mövcud dizayna uyğunlaşdırldı və stansiya tamamladı".


Lalə,
BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 İyun 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri