"Bu qanlı müdaxilə Azərbaycanı dayandıra bilmədi"
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“1990-cı ilin 20 yanvarı Azərbaycan türklərinin müstəqillik iradəsinin silahla boğulmağa çalışıldığı, günahsız soydaşlarımızın hədəf alındığı, Bakı başda olmaqla, Azərbaycanın müxtəlif bölgələrində haqlı tələblərlə küçələrə çıxan xalqa ağır silahlara müdaxilə nəticəsində baş verən və tarixə “Qara Yanvar” olaraq düşən faciəvi gündür”.
Bakupost.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Rəsmi məlumata görə, həmin dəhşətli gündə 147 qardaşımız şəhid olub, amma bu qanlı müdaxilə Azərbaycan türklərinin müstəqillik yürüşünü dayandıra bilmədi. 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda ödədiyi ən ağır bədəllərdən biri olmaqla yanaşı, türk millətinin yaddaşında dərindən yer edən böyük ağrı və əzabın ortaq əks-sədasıdır.
Digər yandan, 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsi uzun illər səbirlə gözlənilən azadlıq və ədalətin reallaşmasına səhnə oldu. Bu duyğularla 20 Yanvar 1990-cı il və Qarabağ müharibəsində həyatını itirən şəhidlərimizi rəhmət, minnətdarlıq və hörmətlə yad edir, dost və qardaş ölkə Azərbaycan xalqını sayğı və sevgi ilə salamlayıram.
Taleyimiz, sözümüz, qərarımız, qətiyyətimiz, keçmişimiz, gələcəyimiz, varlığımız, baxışımız, adımız və yaddaşımız birdir, əbədi qardaşıq. Bir millət, iki dövlət - Azərbaycan və Türkiyə. Bizim siyasətimiz səmimidir, dürüstdür, ardıcıldır və əxlaqi prinsiplərə əsaslanır”, - MHP lideri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Yanvar 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















