Icma.az
close
up
RU
"Bu qələbə tarixi nailiyyətdir" Valdas Dambrauskas

"Bu qələbə tarixi nailiyyətdir" Valdas Dambrauskas

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Bu qələbə tarixi nailiyyətdir" - Valdas Dambrauskas

“İlk növbədə komandamızı, azarkeşlərimizi, rəhbərliyi və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Düşünürəm ki, bu, tarixi nailiyyətdir".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "KuPS"la Finlandiyada keçirilən cavab matçından sonra mətbuat konfransında deyib.

"Sabah" 2:0 hesablı qələbə qazanaraq 3-cü mərhələyə yüksəlib. Dambrauskas qələbəni belə şərh edib:

"Belə bir nəticəni əldə etdiyimiz üçün həqiqətən qürur duyuram. Şadam ki, mərhələni keçən tərəf biz olduq. “KuPS”a Finlandiya çempionatında və Avropa Liqasının növbəti mərhələsində uğurlar arzulayıram.  Çox çətin bir oyunu geridə qoyduq. “KuPS”un azarkeşləri öz komandaları ilə fəxr edə bilərlər. İlk matçdakı 1:0 hesablı qələbəmizdən sonra rəqib panikaya düşmədi və oyuna yaxşı hazırlaşmışdı. Birinci hissədə bizdən daha yaxşı oynadıqlarını demək olar. 

Xoşbəxtlikdən, qol buraxmadıq. Fasilədə müəyyən dəyişikliklər etdik və nə etməli olduğumuz barədə danışdıq. Futbolçularımın bu gün deyilənlərə diqqətlə qulaq asmasından və tapşırıqları yerinə yetirməsindən çox razıyam. Bəlkə də başqa bir gündə daha çox qol vura bilərdik.

İndi isə yolumuza davam edirik. Bu gecə birbaşa Azərbaycana uçuruq və gələn həftə keçiriləcək növbəti oyuna dərhal hazırlaşmalıyıq. Çempionlar Liqası çox tələbkar turnirdir. Heç kimi gözləmir və futbolçulardan çox böyük enerji tələb edir".

Litvalı mütəxəssis "İlk matçdan sonra oyun planınız necə idi? Çox dəyişiklik etmişdiniz?" sualını isə belə cavablandırıb:

!İlk qarşılaşmada qalib gələndə və bu qədər böyük üstünlüyə sahib olanda nəyisə dəyişməli olduğunuzu düşünmək çətindir. Daha çox eyni oyun tərzini davam etdirməyə çalışırsınız və rəqibin edəcəyi dəyişikliklərə uyğun reaksiya vermək istəyirsiniz. Çünki dəyişiklik etməli olan tərəf onlar idi.

Düşünürəm ki, ilk hissədə "KuPS" bizi çətin vəziyyətə salmaq üçün düzgün oyun planı seçmişdi. Təşəbbüs və topa nəzarət onlarda idi. Meydanın mərkəzində bizə qarşı çox aqressiv, fərdi şəkildə təzyiq göstərirdilər. Uzun müddət oyuna daxil olmaqda çətinlik çəkdik.

Daha sonra futbolçularımızdan birini uzun müddət itirdik. Onun burnundan qan gəlirdi, forması qan olmuşdu və qanaxmanı dayandıra bilmirdik. Buna görə də uzun müddət on nəfərlə oynamaq məcburiyyətində qaldıq. Bu, bizim üçün çox çətin idi və böyük enerji itirməyimizə səbəb oldu. Amma qeyd etdiyim kimi, ikinci hissədə futbolçulara bəzi videoepizodları göstərdik və oyunumuzda müəyyən dəyişikliklər etdik. Meydanın mərkəzində boş qalan oyunçunu tapmağa və boşluqlardan daha yaxşı istifadə etməyə başladıq. Həmin hücumlardan birinin nəticəsində qol vurduq. Düşünürəm ki, bundan sonra oyun bizim üçün daha asan keçdi".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qol.az
archiveBu xəbər 28 İyul 2026 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri