"Çox çalışdıq, onu həyatda saxlaya bilmədik" Məşqçi +VİDEO
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünən idman zallarından birində infarkt keçirərək dünyasını dəyişib.
Sənətkarın məşqçisi olduğu bildirilən şəxs onun ölümü ilə bağlı açıqlama verib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
O bildirib ki, Cabir İmanova ilkin tibbi yardım göstərməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb:
“Azərbaycan böyük bir itki verdi. Azərbaycanın dahi şəxsiyyətlərindən biri, Əməkdar artist Cabir İmanov rəhmətə getdi. Allah ona rəhmət eləsin, yaxınlarına səbr versin. Cabir müəllim həqiqətən də çox dəyərli, yaxşı bir insan idi. Hadisə zalda baş verdi, amma məşq vaxtı yox. Cabir müəllim zala yeni daxil olmuşdu, mənimlə görüşdü, ardınca qəfil halı pisləşdi. Mən şəxsən ilkin tibbi yardım göstərməyə çalışsam da, təcili yardım əməkdaşları gəlsə də, Cabir müəllimi xilas etmək mümkün olmadı. Allah ona qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun”.
Lalə Novruz,Bakupost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 Sentyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















