Icma.az
close
up
RU
"DİM sualları ona görə çətin tərtib edir ki..." Ekspertdən sərt tənqid

"DİM sualları ona görə çətin tərtib edir ki..." Ekspertdən sərt tənqid

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.

"Valideynlər övladlarını məktəbdən yayındırıb repetitor yanına aparmaq üçün müxtəlif yollara əl atırlar”

“Hazırda Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan formatı üzrə ali məktəblərə qəbul ümumtəhsil məktəblərində keçilən tədris proqramları ilə üst-üstə düşmür. Bu səbəbdən də orta ümumtəhsil müəssisələrinin yuxarı siniflərində təhsil alan şagirdlər ali məktəbə hazırlaşmaq üçün repetitora üz tutur. Bizim ümümtəhsil məktəblərində dərsliklər, bütün metodiki iş dövlət standartlarına uyğun olaraq qurulur. Amma Dövlət İmtahan Mərkəzinin (DİM) özünün fərqli proqramları var. İmtahanları da öz proqramlarına və öz vəsaitlərinə uyğun keçirdiyi üçün çox ciddi bir anlaşılmazlıq meydana gəlir. Dövlət məktəbinə gedən şagirdlər əlavə repetitor yanına və ya kursa getməyə məcbur olurlar. DİM sualları da ona görə çətin tərtib edir ki, hamı əlavə hazırlaşsın. Əslində şagirdlərin əlavə müəllim yanına getməyə heç bir səbəbləri olmamalıdır”.

Bu fikirləri Bakupost.az -a təhsil eksperti Elşən Qafarov deyib.


Onun sözlərinə görə, yuxarı siniflərdə təhsil alan şagirdlərin adları məktəbdə, özləri hazırlıq kurslarındadır:

"Valideynlər övladlarını məktəbdən yayındırıb hazırlıq kurslarına, repetitor yanına aparmaq üçün müxtəlif yollara əl atırlar. Şübhəsiz ki, bəzi məktəb direktorları bunun qarşılığında valideynlərdən rüşvət alırlar. Düzdür, bunu bütün məktəb direktorlarına şamil etmək olmaz. Amma alanlar da var. Direktor buna icazə vermədiyi təqdirdə isə valideynlər övladlarını bu məktəbdən götürüb başqa təhsil müəssisəsinə aparırlar. Bəzi direktorlar şagirdin qəbul imtahanında yüksək nəticə göstərib onun məktəbinin reytinqini yüksəltməsini istəyir. Əks halda məktəbin alı məktəbə qəbul göstəriciləri reytinqdə aşağı düşür. Ona görə də buna razı olmağa məcburdurlar".

Ekspert qeyd edib ki, imtahanlar abituriyentlərin real bilik və bacarıqlarının qiymətləndirilməsi fonunda aparılmalıdır:

"Bu gün imtahan sualları şagirdlərin bilik-bacarıqlarını qiymətləndirməyə yönəlmir. Problem təhsil proqramında yox, imtahanı DİM-in öz fərdi proqramı əsasında keçirməsidir. Bu səbəbdən də abituriyentlər repetitor hazırlığına getməli olur və valideyn təhsil üçün əlavə pul xərcləyir. Məktəblərdə təhsil mühiti tamamilə aradan qalxır. Bir sözlə, təhsil sistemi parçalanır. Məktəbə inam, etibar azalır. Valideynlərin əsas hədəfi övladlarının ali məktəbə qəbul olunması olduğu üçün bütün diqqət bu istiqamətə yönəlir. Uşaqları məktəbdən yayındırıb repetitor yanına, kurslara yönəldir. DİM məzunların bilik səviyyəsinin nə yerdə olduğunu öyrənməlidir. Suallar ona uyğun salınmalıdır. Ancaq qurum illərdir bu məsələyə fərqli baxış sərgiləyir. Qəbul imtahanlarında dərsliklərdəki proqramlardan istifadə olunmadıqca vəziyyət belə də davam edəcək”.

Sevinc,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri