Icma.az
close
up
RU
"Gərəkən tədbirləri görmədilər" Uşaqların yanıb ölməsinə görə TƏBİB ə ittiham

"Gərəkən tədbirləri görmədilər" Uşaqların yanıb ölməsinə görə TƏBİB ə ittiham

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Respublika Perinatal Mərkəzinin yeddi körpənin ölümünə yol açan yanğın üzündən cinayət məsuliyyətinə cəlb edilən keçmiş direktoru Mehriban Abasquliyeva olaya görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB-i) günahlandırııb.

Bakupost.az AzPost-a istinadən bildirir ki, keçirilən məhkəmə zamanı o, Fövqəladə Hallar Nazirliyinin vaxtilə Perinatal Mərkəzdə yanğın təhlükəsizliyinin artırılması ilə bağlı təlimat göndərdiyinə diqqət çəkir və maliyyə çatışmazlığını əsas gətirən TƏBİB-in gərəkən tədbirləri görmədiyini vurğulayır.

“Mən direktor təyin olunandan sonra öz vəsaitim hesabına bəzi işləri gördüm. Yeni doğulmuşlar palatasında cəmi üç işçi masa vardı. Onların sayını mən artırdım. Əlavə çarpayılar gətirtdim. Buna görə mənə təşəkkür eləmək lazımdır, amma əvəzində məni artıq xəstə qəbuluna görə ittiham edirlər”, – bu sözlər M.Abasquliyevanın istintaqa ifadəsində yer alıb.

Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Yanğına görə M.Abasquliyeva ilə yanaşı, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin keçmiş müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinə rəhbərlik etmiş Elnur Əhmədli də cinayət məsuliyyətinə cəlb olunub. Onların üçü də birlikdə mühakimə edilir və hazırda heç biri həbsdə deyil.

Məhkəmədə M.Abasquliyevaya ifadə vermək təklif edilsə də, o, hazırda ifadə vermək istəmədiyini bildirib. Onun sözlərinə görə, zərərçəkənlərlə şahidlər dindiriləndən sonra ifadəsini verəcək.

Hakim keçmiş direktorun istintaqdakı ifadələrinin açıqlanmasına qərar verib. Özü və vəkilləri buna etiraz etsələr də, ifadələr məhkəmədə səsləndirilib.

M.Abasquliyevaya qarşı ittihamda yer alan məsələlərdən biri də Mərkəzdə nəzərdə tutulandan çox sayda xəstə olmasıdır. Keçmiş direktor bu ittihamı da qəbul etməyərək deyir ki, istər Bakıdakı, istərsə bölgələrdəki perinatal mərkəzlərdə çarpayı sayı az, xəstələrsə çoxdur.

Olay vaxtı Mərkəzdəki tibbi heyəti də qınayan keçmiş direktor ifadəsində yazıb ki, növbədə olan tibb bacıları, həkimlər, digər işçilər iki vedrə sudan və tezalışan yorğanlardan istifadə ediblər: “Halbuki, orada yanğınsöndürən balonlar vardı. Ondan istifadəni bacarmayıblar”.

M.Abasquliyeva ifadəsində vurğulayıb ki, yaşananlara görə Perinatal Mərkəzə ondan öncə rəhbərlik etmiş Məryəm Rzayeva da məsuliyyət daşıyır. O, istintaqa ifadəsində M.Rzayeva haqqında cinayət işi başlanmasını da istəyib.

Yeddi körpənin ölümü ilə bağlı məhkəmə araşdırmaları martın 3-də davam edəcək.

Körpələrin ölümünə yol açan yanğın ötən ilin yanvarında baş verib.

Cinayət işinin materiallarında iddia olunur ki, M.Abasquliyeva 2022-ci il dekabrın 28-dən 2024-cü ilin yanvarınadək direktor olduğu dövrdə stasionar xəstə qəbulunu iki dəfəyədək artırıb. Nəticədə Mərkəzin iş yükü həddi aşıb, normal iş fəaliyyəti pozulub. İttihamda yazılıb ki, Perinatal Mərkəzdə elektrik təsərrüfatı çox yüklənib və sonda yanğına səbəb olub.

“2023-cü ilin iyun ayında Perinatal Mərkəzin Doğum şöbəsində – xəstələrin saxlandığı palatanın sanitar qovşağında baş vermiş yanğın ört-basdır edilib. Bu hadisə nəzarətedici orqanlardan gizlədilib, müəssisənin elektrik təsərrüfatı və yanğın təhlükəsizliyinə qarşı vəziyyətin yenidən nəzərdən keçirilməsi təmin edilməyib. Gələcəkdə eyni hadisələrin baş verməməsi üçün lazım olan tədbirlər görülməyib”, – ittiham aktında belə yazılıb.

Perinatal Mərkəzin keçmiş rəhbərinə və iki şöbə müdirinə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. M.Abasquliyevanın üzərində, üstəlik, CM-in 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi də var.

Ancaq üç nəfərin heç biri ittihamı qəbul etmir. Onlar ittihama münasibət bildirərkən orada yazılanları “uydurma” adlandırıblar.

Yanğın nəticəsində Perinatal Mərkəzin 177 min manatlıq avadanlığına ziyan dəydiyi iddia edilir.

Təqsirləndirilən şəxslərə ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri