"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Sun Downs”un baş məşqçisi Migel Kardoso Cənubi Afrika Premyer Liqasında (PSL) VAR sisteminin tətbiq olunması ilə bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis hətta ölkənin idman naziri Qeyton Makkenzinin də onunla eyni fikirdə olduğunu bildirib.
Kardoso VAR-ın tətbiqinin əsas məqsədinin hakimləri mümkün səhvlərdən qorumaq olduğunu deyib:
“Məncə, hər kəs səhv edə bilər. Düşünürəm ki, nazir Makkenzi də nəhayət mənimlə razılaşır: VAR mütləq səhvləri düzəltməlidir. Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik. Hətta bu mövsüm elə epizodlar oldu ki, VAR olsaydı, yəqin ki, mənim və komandamın əleyhinə qərarlar verilərdi. Gəlin elə şərait yaradaq ki, hamımız futbolun və Cənubi Afrika futbolunun maraqları naminə əlimizdən gələnin ən yaxşısını edə bilək. Demək istədiyim yalnız budur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 31 Avqust 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















