Icma.az
close
up
RU
"İmtahan verənlərin dinləmə bacarığı zəifdir " DİM dən qalmaqallı açıqlama

"İmtahan verənlərin dinləmə bacarığı zəifdir " DİM dən qalmaqallı açıqlama

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, iyunun 22-də keçirilən doktorantura və dissertantura səviyyəsi üzrə xarici dil imtahanı zamanı texniki problemlər baş verib. Nəticədə iştirakçılar tapşırıqları dinləyə, öz bilik və bacarıqlarını göstərə bilməyiblər.

Qeyd olunur ki, DİM-in təşkil etdiyi imtahanın dinləmə (listening) blokunda səs sistemi demək olar ki, tamamilə işləməyib. Bir çox imtahan otaqlarında səs çox küylü, anlaşılmaz olub və 2x sürətilə təqdim olunub. Bu səbəbdən, iştirakçılar mətnin testlərini yazmaqda çətinlik çəkiblər. Onların bildirdiyinə görə, imtahan həm də C1 səviyyəsinə uyğun təşkil olunub.


İmtahandan narazı qalanlar Dövlət İmtahan Mərkəzindən nəticələrin ləğv edilməsini və yenidən imtahan keçirilməsini tələb edirlər. Bununla bağlı sosial şəbəkələrdə, whatsap qruplarında müzakirələr aparılır. Hətta etiraz aksiyasının keçiriləcəyi bildirilir.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, doktorantura üzrə keçirilən xarici dil imtahanlarının məqsədi beynəlxalq səviyyədə qəbul edilmiş dil bilikləri meyarlarına uyğun olaraq namizədlərin xarici dil bacarıqlarını ölçməkdir:

“DİM tərəfindən keçirilən ingilis dili imtahanı CEFR (Common European Framework of Reference for Languages) standartlarına əsaslanaraq hazırlanır və bu tapşırıq materialları B2 və daha yuxarı səviyyədə dil biliyi tələb edir. Bu səviyyə, beynəlxalq dil biliyinin qiymətləndirilməsi sisteminə uyğun olaraq, ümumi dil bacarığı ilə yanaşı, akademik və elmi mətnləri başa düşmək və müəyyən elmi fəaliyyətlərdə dil bacarığını tətbiq etməyi hədəfləyir. Bu, sırf gündəlik dil istifadəsi yox, yüksək akademik tələblərə cavab verən bilik səviyyəsini nəzərdə tutur.İmtahanların beynəlxalq norma və prinsiplər əsasında keçirilməsi vacibdir və bu prinsiplərə uyğun olaraq, imtahanda təqdim edilən materiallar CEFR beynəlxalq dil səviyyələri çərçivəsində təhlil edilib və müvafiq olaraq tələb olunan səviyyəyə uyğunluğu təsdiq edilmişdir.”

Qurum esse mövzuları ilə bağlı səsləndirilən iradlara münasibət bildirərək qeyd edib ki, təqdim olunan mövzular xüsusi ixtisaslaşma və texniki bilik tələb etmir, gündəlik həyatla bağlı, müzakirəsi və işlənməsi asan mövzulardır:

“Bu mövzular əsasən ümumi dünyagörüşü və arqumentasiya bacarıqlarını yoxlamağa yönəlib və dil səviyyəsini obyektiv qiymətləndirməyə xidmət edir.”

Dinləmə blokundakı texniki problemlərlə bağlı narazılıqlara gəldikdə isə DİM iddiaların əsaslı olmadığını qeyd edib:

“Dinləmə mətnləri ilə bağlı deyə bilərik ki, bu özü sizdən müəyyən bir bacarıq tələb edir. Mətni eşidib anlamaq üçün dinləmə qabiliyyəti inkişaf etdirilmiş olmalıdır. Bəzən iştirakçıların bu bacarığı lazımi səviyyədə olmur və onlar belə hesab edirlər ki, anlaşılmazlığın səbəbi səslə bağlıdır. Ancaq belə deyil, çünki səsləndirmədə hər hansı bir texniki problem olarsa, o yerindəcə həll edilir. Qurğuda səsi artırıb azaltmaq mümkündür. Hətta texniki nazaslıq aşkar olunarsa, o qurğu yenisi ilə əvəz olunur, həmçinin itirilmiş zaman nəzərə alınır və iştirakçılara əlavə vaxt da verilir. Bütün bunlar imtahan zamanı həll oluna bilən məsələlərdir.”

Lalə,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 İyun 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri