Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

"İranda rejim dəyişikliyi labüddür" Pənah Hüseynlə müsahibə

"İranda rejim dəyişikliyi labüddür" Pənah Hüseynlə müsahibə

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Xəbər verdiyimiz kimi, ötən həftə İranda tacirlərin başlatdığı aksiya genişlənərək, bütün ölkəni bürüyüb. Paytaxt Tehranda yaranan etiraz dalğası ölkənin 31 vilayətindən 25-nə yayılıb. Kütləvi aksiyalar zamanı ən azı 29 nəfər ölüb, 1000-ə yaxın həbs həyata keçirilib.


Əhalisinin yarıdan çoxu Azərbaycan türkləri olan qonşu ölkədə baş verən proseslərlə bağlı sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) lideri Pənah Hüseyn Bakupost.az -ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:


- Pənah bəy, hazırda qonşu İranda baş verən prosesləri necə qiymətləndirirsiz?


- İranda artıq vaxtı çoxdan çatmış dəyişikliklərin həyata keçirilməsi yolunda növbəti gərginliyi müşahidə edirik. Bizim üçün burada maraqlı olan Azərbaycan türklərinin mövqeyidir. Hazırda soydaşlarımızın bu məsələyə fərqli yanaşmasını müşahidə edirik. İstənilən halda hər hansı ölkədə baş verənləri o ölkənin daxili işi sayırıq. Amma eyni zamanda orada baş verənlərin soydaşlarımıza və Azərbaycan Respublikasının təhlükəsizliyinə təsirini nəzərə almalıyıq. Bu da İranda baş verənlərin ölkəmiz üçün əhəmiyyətini daha da artırır. Əgər İran ərazisində Azərbaycanın təhlükəsizliyi, ərazi bütövlüyü üçün təhlükə və soydaşlarımız üçün soyqırımı təhdidləri yaranarsa, məncə, dövlətimiz elan olunmuş bəyanatlara, qanunvericiliyimiz və konstitusiyamızda nəzərdə tutulan maddələrə əsaslanaraq müvafiq addımlar atmalıdır. Bu dövrdə qonşu ölkədəki azərbaycanlıların hüquqlarının müdafiəsi dövlətimizin vəzifəsidir. Hesab edirəm ki, situasiya nəzarətdən çıxarsa, Azərbaycan Respublikası müvafiq addımlar atıb, tədbirlər həyata keçirməlidir.

– Sizcə niyə Güney Azərbaycan fəalları bu proseslərə qatılmır, passivlik nümayiş etdirir?

– Bu barədə müxtəlif şərhlər var. Mənə elə gəlir ki, Azərbaycan türklərinin bu hadisələrin gedişində müşahidəçi mövqe tutmaları İran şahının monarxiya rejiminin bərpası ilə bağlıdır. Görünən budur ki, aksiyalarda səslənən şüarlar Azərbaycan türklərinin hüquqlarının qorunması baxımından əksəriyyət tərəfindən qəbuledilməz sayılır.

İkincisi, bu məsələlərin xaricdən – ABŞ və İsraildən idarə olunması öz sözünü deyir. 12 günlük müharibədən əvvəl dizayn olunan açıqlamalarda etnik məsələlər qapadılıb, sanki azərbaycanlıların etnik hüquqları görməzdən gəlinir. Məncə, bu məsələlərin Güney Azərbaycan türklərinin mövqeyinə təsiri var. Təbriz başda olmaqla digər Azərbaycan şəhərlərinin proseslərə reaksiyasını passivlik kimi deyil, mövqe kimi qəbul edirəm. Təbii ki, burda başqa amillər də var və yəqin ki, yaxın günlərdə qəti və aydın mövqe müşahidə edəcəyik.

– Pənah bəy, İran şahının oğlu Rza Pəhləvi bir neçə gün qabaq açıqlamalar verdi, tənqidi fikirlər səsləndirdi. Ümumiyyətlə, Rza Pəhləvinin İranda hakimiyyətə gəlmək şansı varmı?

– Mənim üçün bu məsələdə Azərbaycan türklərinin mövqeyi əsasdır. Mən bu mövqeyi əsas götürərək deyə bilərəm ki, onun heç bir şansı yoxdur.

– İran Prezidenti Məsud Pezeşkian hadisələrin əvvəlindən dialoq tərəfdarı idi. Bu gün də bir tədbirdə açıqlama verib. Amma bütün bunlarla bərabər ona da təzyiqlər artıb. Halbuki hər kəs bilir ki, onun bu məsələlərdə rolu yoxdur, ölkə ali dini lider tərəfindən idarə olunur. Amma bu basqılarda sanki fars şovinizminin təsiri hiss olunur.

– İranda azərbaycanlıların rolu onlara ikinci növ və ya daha məzlum bir xalq kimi baxılmasına imkan verməz. Bu mənada Azərbaycan türklərinin, milli dövlətçilik maraqlarını nəzərə almadan fars şovnizmi öz məqsədinə çata bilməz. Şübhəsiz ki, bu proseslərdə Azərbaycan türklərinin mövqeyində Pezeşkian faktorunu görməmək mümkün deyil.

– Yəni Azərbaycan türkləri bu susqunluğu ilə sanki Pezeşkianı qorumağa çalışır?

– Biz hələlik bu məsələyə təşkilatlanmış mövqeyi görmürük. Təəssüf ki, bu məsələ ilə bağlı güney Azərbaycanda milli mücadilə aparan təşkilatlar arasında, eləcə də mühacirlər cəbhəsində fərqli münasibət və yanaşmalar var.

– Dünən Xameneyinin “B” planı ilə bağlı xəbərlər yayıldı. İddialara görə, əgər situasiya nəzarətdən çıxarsa, İranın dini lideri ailəsi və 20 silahdaşı ilə birlikdə Moskvaya qaçmağı planlaşdırıb.

– Sözün düzü, hazırkı informasiya müharibəsində bu məlumat o qədər də mötəbər görünmür.

– Xameneinin prokurorluq və məhkəmə işləri üzrə nümayəndəsi Qulamhüseyn Mühsini deyib ki, üsyançılara qarşı heç bir güzəşt və mərhəmət olmayacaq.

– Əlbəttə ki, rejim bu tip bəyanatlar verir. Son dönəmlər etirazçıların tələblərinin legitimliyi, onlarla dialoqun vacibliyi haqda fikirlər Pezeşkian tərəfindən səsləndirildi. Bəzi dövlət rəsmiləri də bu fikri dəstəklədi. Amma ənənəvi sərt açıqlamalar müşahidə elədik. Nümayişçilərə qarşı silahdan istifadə edilməsi, ölüm halları, yaralılar və həbslər artmaqdadır. Çünki İranda teokratik və avtoritar rejim var və bu cür hallar da tamamilə təbiidir. Kənardan müşahidəmə əsasən deyə bilərəm ki, İrandakı rejim dəyişikliyi artıq proseslərin labüd, məntiqi sonu kimi görünür. Mənim baxışım belədir ki, bu proseslərdən sonra rejimi qoruyub saxlamaq mümkün olmayacaq. İranda yaşayan bütün xalqların hüquqlarını və mənafelərini müdafiə edəcək mütərəqqi islahatlara ehtiyac var. Təsadüfi deyil ki, ilk dəfə dükan sahibləri etiraz səslərini ucaltdılar.

Ümumiyyətlə, İranın xarici siyasətində də dəyişikliyə ehtiyac var. Xüsusən, Azərbaycan Respublikasına münasibət kökündən dəyişdirilməlidir. Ermənistan-Azərbaycan münasibətlərində regionun təhlükəsizliyinə xidmət edən mövqe tutulmalıdır. Həm Zəngəzur dəhlizi, həm Xəzər dənizi, həm də Azərbaycan Respublikasına qarşı təxribatçı tədbirlərə son qoyulmalıdır.

İkinci məsələ Türkiyə ilə məzhəbçiliyə söykənən, türkçülük əleyhinə addımlara son qoymağın vaxtı çatıb. Mənim fikrimcə, İranın xarici siyasətində bu cür dəyişikliklər olmalıdır. Belə olarsa, şübhəsiz ki, bu proseslər İran vətəndaşları və xalqlarının mənafelərinə uyğun şəkildə cərəyan edə bilər. Əks təqdirdə, baş verənlər xarici mdaxilə imkanlarını artıracaq ki, bu da nə İran xalqının, nə də region dövlətlərinin mənafeyinə uyğundur.

Cavid, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Yanvar 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri