Icma.az
close
up
RU
"İşdir də, ola bilər..." Yeməyindən yad cisim çıxan kafenin administratoru

"İşdir də, ola bilər..." Yeməyindən yad cisim çıxan kafenin administratoru

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bakıda fəaliyyət göstərən “La Mia Colazione” kafelər şəbəkəsinin Crescent Mall filialında qida ilə bağlı narazılıq yaranıb. Belə ki, kafenin daimi müştərilərindən biri aldığı şirniyyatın içindən tük çıxdığını iddia edib.

Bakupost.az xəbər verir ki, vətəndaş bu barədə sosial şəbəkədə paylaşım edərək məlumat yayıb.

Müştərinin sözlərinə görə, hadisədən dərhal sonra bunu kafenin əməkdaşına bildirsə də, işçinin reaksiyası onu daha da narazı salıb:

“LA MIA COLAZIONE - Crescent Mall filialı.Şəkildən də göründüyü kimi, şirniyyatın içindən tük çıxdı. Hətta dartaraq bir hissəsini çıxarmışam. Bu barədə xidmət göstərən əməkdaşa da məlumat verdim, lakin "bizdə hamı papaqla işləyir" deyərək, çox qəribə formada məni günahkar çıxardı. Ən azından üzrxahlıq edilməli idi.”

Vətəndaş məsələ ilə bağlı artıq Qida Təhlükəsizliyi Agentliyinə də müraciət etdiyini bildirib:

“Daimi həvəslə getdiyim yer barədə təəssüf ki, bu dəfə mənfi fikrimi bildirməli oluram.Bura yazmazdan əvvəl məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə də məlumat vermişəm. Ümid edirəm ki, lazımi tədbirlər görüləcək.” – deyə müştəri bildirib.

Məsələ ilə bağlı “La Mia Colazione” ilə əlaqə saxladıq. Kafenin baş administratoru Xanım Nəzirzadə Bakupost.az -a bildirdi ki, belə hal baş verən kimi dərhal həmin yemək dəyişdirilir və hesabdan çıxarılır:

“Əslində, bəlkə də belə bir şey ola bilərdi. Şəhərdə elə bir restoran yoxdur ki, yeməklərdən nəsə çıxmasın. İşdir də, olub da. Amma bunun təmizliklə heç bir əlaqəsi yoxdur. Bizdə 2 həftədən bir dezinfeksiya aparılır. Nə bilim, bəlkə hardansa gəlib düşüb. Amma mən inanmıram ki, belə bir şey olsun. Bizdə belə hallar baş verərsə, həmin dəqiqə yeməyi dəyişirik, dərhal hesabdan çıxarırıq. Axı biz də insanıq, başa düşürük, özümüz də restoranlarda müştəri oluruq. Həmin dəqiqə dəyişdirərdik. Elə bir şey ola bilməz ki, biz deyək ki, “Pah! Belə olmalıdır, əcəb etdik, tük çıxdı!” Bu, gülməlidir axı.”


Lalə,
BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri