Icma.az
close
up
RU
"İstəməzdim onu o cür görüm" Sabir Rüstəmxanlı söhbətləri VİDEO

"İstəməzdim onu o cür görüm" Sabir Rüstəmxanlı söhbətləri VİDEO

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Xalq şairi Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin budəfəki buraxılışında Qazaxıstana son səfəri, iki qardaş ölkənin əlaqələri, türk dövlətləri birliyinin vacibliyindən danışıb.

Azərbaycan-Qazaxıstan münasibətlərindən söz açan S.Rüstəmxanlı tarixə ekskurs edərək, 36 il öncə -1986-cı ilin dekabrında Qazaxıstanın o vaxtkı paytaxtı Almatı şəhərindəki qırğınları, eləcə də 1990-ci ildə Bakıda baş verən Qanlı Yanvar hadisələrini xatırladıb. Xalq şairi hər iki hadisəni türk millətinə qarşı yönələn soyqırımı və genetik savaşın qanlı bir səhifəsi kimi dəyərləndirib. S.Rüstəmxanlı bu hadisələr zamanı Azərbaycan və qazax xalqlarının həmrəy olduğunu vurğulayıb. Qeyd edib ki, 20 Yanvar hadisələri zamanı Bakıya gələn yeganə yazıçı qazax xalqının dünyaca məşhur oğlu, ictimai-siyasi xadim Oljas Süleymanov olub:

"Oljas Süleymanov gəldi və Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirdi. Gözündən yaş axa-axa xalqa müraciət etdi. O, Almatı faciəsini görmüşdü, ona görə də Bakıda baş verən qanlı hadisələri yaxşı hiss edirdi. Həmin günlərdə Oljas Süleymanov yanımızda dayandı və bizə mənəvi dayaq oldu".

Xalq şairi Qazaxıstana son səfəri zamanı Oljas Süleymanovla görüşdüyünü də bildirib:

"Onunla görüşməyi özümə borc bildim. Həm də bu ayın 18-də Oljasın 89 yaşı tamam olur. Görüşüb onu təbrik etmək istəyirdim. İndi vəziyyəti o qədər də yaxşı deyil. Xəstəliyi evdən çıxmağa imkan vermir. Görüşlərdən də qaçır. Amma bizim adımızı eşidəndə, Azərbaycandan qonaqlar gəldiyini biləndə demişdi ki, mən onları evdə qəbul edəcəyəm. Evdə süfrə açıb bizi gözləyirdi. İstəməzdim onu o cür görüm. Gəzə bilmir, ayaqları ağrıyır. Oljas həmişə güclü olub, dünya boyu gəzib"...

Ətraflı videoda...


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 May 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri