"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard “Bavariya”nın hücumçusu Harri Keyni İngiltərə futbolu tarixinin ən yaxşı oyunçularından biri hesab edir.
QOL.az xəbər verir ki, o, bu barədə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Bavariya” ilə “Arsenal” arasında keçirilən oyundan (2:2) sonra danışıb.
Cerrard Münhen təmsilçisinin heyətində fərqlənən və məhsuldar ötürmə verən Keynin çıxışını yüksək qiymətləndirib.
“Gəlin, sadəcə onun möhtəşəm oyunundan zövq alaq. Bilirsiniz, o, bəlkə də İngiltərə tarixinin ən yaxşı futbolçusudur. Ona verə biləcəyim ən böyük tərif budur. Çünki İngiltərənin böyük futbolçularından danışanda Harri Keyn də onların sırasındadır”, – deyə Cerrard bildirib.
Qeyd edək ki, “Arsenal”la matçda Keyn komanda yoldaşı Alfonso Deyvisin qoluna məhsuldar ötürmə verib, daha sonra penaltini dəqiq yerinə yetirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 22 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















