Icma.az
close
up
RU
"Manatlıq taksi"ləri niyə yığışdıra bilmirlər? AÇIQLAMA

"Manatlıq taksi"ləri niyə yığışdıra bilmirlər? AÇIQLAMA

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bakıda və ətraf ərazilərdə qeyri-rəsmi şəkildə sərnişindaşıma ilə məşğul olan “manatlıq taksi”lərlə bağlı narahatlıqlar davam edir.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədovun sözlərinə görə, "manatlıq taksi" anlayışı yoxdur, bir çox hallarda onlar qanunsuz fəaliyyət göstərir. Polis polkovnik-leytenantı Rövşən Tağıyev isə bildirib ki, yol polisi bütün günü bir nöqtəyə təhkim oluna bilməz:

“Yol polisi əməkdaşı ərazidən uzaqlaşan kimi "manatlıq taksilər" qayıdıb orada dayanır. Cəzaların sərtləşdirilməsi sürücüləri bu hərəkətdən çəkindirsə də, problem hələ də qalır. Sürücünün özünün məsuliyyəti olmalıdır. Biz o taksi sürücüləri ilə görüşlər təşkil etməyə və onları bu əməldən çəkindirməyə çalışırıq”.

Bəs ekspertlər nə düşünür? Bu problem necə həll oluna bilər?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Bakupost.az -a açıqlamasında bildirib ki, “manatlıq taksi” nə müntəzəm sərnişindaşıma, nə də rəsmi taksi xidməti sayılır:

"Bu, bir vətəndaşın öz fərdi nəqliyyat vasitəsilə eyni marşrut üzrə - evdən dayanacağa və yaxud da yaşadığı qəsəbədən hər hansı digər bir qəsəbəyə hərəkət etməsidir. Səfərlər şəhər içində və ya şəhərlərarası da ola bilər. Bu fəaliyyəti tamamilə yığışdırmaq mümkün olmayacaq. Biz özümüz də dəfələrlə çağırış etmişik ki, bu insanlar öz fəaliyyətlərini leqallaşdırsınlar. Leqallaşdıranlar da, hələ də bu işi davam etdirənlər də var. Hətta bu fəaliyyətə yeni başlayanları da müşahidə edirik. Ona görə də tam şəkildə onu yığışdırmaq mümkün olmayacaq. Alternativ həll yalnız həmin şəxslərin gördükləri işi leqallaşdırmasıdır. Qanuni fəaliyyət göstərmək üçün müraciət etməlidirlər".

Lalə Novruz,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see437

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see146

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see144

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see139

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see133

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see133

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see132

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see132

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see131

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see130

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see130

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see128

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see124

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

23 Sentyabr 2025 22:34see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see122

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see122

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see122

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see119

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see117

Qara zolaq arxada qaldı: sentyabrın sonuna kimi problemləri ilə vidalaşacaq BÜRCLƏR

23 Sentyabr 2025 09:12see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri