"Məni məhkəməyə çağırmayıblar..." "Şərurlu İsfəndiyar"
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, hazırda həbsdə olan iş adamı, “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovdan (“Şərurlu İsfəndiyar”) məhkəməyə şikayət edib. Lakin cavabdeh tərəf məhkəmə proseslərinə gəlmir. Hətta onun vəkili də sonuncu prosesə gəlməyib. Sabah isə məhkəmənin növbəti iclası baş tutmalıdır.
Mayın 8-də keçirilən sonuncu məhkəmə iclasında Emil Səməndərovun müdafiəçisi Asim Abbasov vəsatətlə çıxış edərək, İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsini istəyib və gələcəkdə onun məsuliyyətdən yayınmaması üçün ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib.
Vəkil məcburi gətirilmə barədə vəsatəti bununla əsaslandırıb ki, təqsirləndirilən İsfəndiyar Axundovun məhkəmədə iştirak etməsi onun vəzifəsidir. Lakin o, məhkəməyə hörmətsizlik edir, üzrlü səbəb olmadan prosesə qatılmır.
Hakim bu vəsatəti baxılmamış saxlayıb. Lakin sabah baş tutacaq iclasda Şərurlu İsfəndiyar iştirak etməsə, onun axtarışa verilməsi və məcburi qaydada məhkəməyə gətirilməsi gözlənilir.
Maraqlıdır, bu dəfə "Şərurlu İsfəndiyar" məhkəmə iclasında iştirak edəcəkmi?
Məsələ ilə bağlı onun özü ilə əlaqə saxladıq. O, Bakupost.az -a açıqlamasında məhkəmədən xəbərsiz olduğunu bildirdi:
"Məni çağırmayıblar məhkəməyə, xəbərim yoxdur".
Qeyd edək ki, İsfəndiyar Axundovdan Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.
Lalə Novruz,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 12 May 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















