"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Real”ın sabiq baş məşqçisi Karlo Ançelotti Joze Mourinyonun Madrid klubundakı fəaliyyətini dəyərləndirib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, italiyalı mütəxəssis “Real”ın bazasına səfəri zamanı Mourinyo ilə münasibətlərinin çox yaxşı olduğunu bildirib.
"Bizim çox yaxşı münasibətimiz var və bu, uzun illərdir belədir. Onunla əla əlaqələrimiz var, fikir və mesajlarımızı bölüşürük. Mourinyonun burada olmasına çox şadam. O, bu böyük klubu, “Real”ı çox yaxşı tanıyır və onun imkanlarından maksimum istifadə etməyi bacarır".
O, portuqaliyalı mütəxəssisin işi barədə də yüksək fikirlər səsləndirib:
"Joze böyük məşqçidir. Əminəm ki, burada çox yaxşı iş görəcək. Məncə, hər şey çox yaxşı gedir. İlk oyunda bəzi çətinliklərlə üzləşdi. Lakin komanda ikinci matçda tədricən daha yaxşı oynamağa başladı və “Real Sosyedad”la görüşdə əla futbol nümayiş etdirdi. İndi vacib oyunlar başlayır. Sabah “Betis”lə matç, daha sonra isə Çempionlar Liqasının startı var. Düşünürəm ki, yeni transferlərin komandaya böyük töhfəsi olacaq. İnanıram ki, “Real” üçün əla mövsüm olacaq”.
Qeyd edək ki, Joze Mourinyo 2026-cı ilin yayında “Real”ın baş məşqçisi təyin olunub. Madrid təmsilçisi La Liqada ilk 3 turdan sonra 9 xal toplayıb və turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 Sentyabr 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















