"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" klubu ilə qarşılaşacaq "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau komandadakı zədəli oyunçuların cari vəziyyətinə aydınlıq gətirib.
Bakupost.az xəbər verir ki, mütəxəssis bu barədə İngiltərə Federasiya Kubokunun (FA) IV raundu çərçivəsində "Aston Villa" ilə keçiriləcək oyundan əvvəl baş tutan mətbuat konfransında danışıb.
Baş məşqçi qeyd edib ki, bir neçə futbolçu qarşıdakı kubok görüşündə iştirak edə bilməyəcək:
"Hazırda bizi ən çox düşündürən məsələ Bruno Gimarayeşin vəziyyətidir. Zədənin ağırlıq dərəcəsini və onun nə qədər müddətə sıradan çıxdığını dəqiqləşdirmək üçün tibbi müayinələrin yekun nəticələrini gözləyirik. Lyuis Mayli də bud nahiyəsindən aldığı xəsarət və əzələ problemi səbəbindən komandaya dəstək ola bilməyəcək. Sevindirici hal odur ki, Joelintonun bərpa prosesi uğurla davam edir və onun qayıdışı yaxındır. Tino Livramento isə artıq meydançada məşqlərə start verib və mart ayının əvvəllərində tam formaya düşəcəyini proqnozlaşdırırıq".
Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" Bakıda "Nyukasl Yunayted"ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 13 Fevral 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















