Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

"O, xalqı yalançı ümidlər və pafosla aldadır" Açıqlama

"O, xalqı yalançı ümidlər və pafosla aldadır" Açıqlama

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


“Tarixdə elə anlar olur ki, zəiflik cəsarət kimi təqdim olunur, çaşqınlıq guya strateji kurs, siyasi ümidsizlik isə “xalq iradəsi” adı ilə cilalanır. İrəvanda da baş verən məhz belə bir andır. Ermənistan parlamentinin divarları arasında qəsdən yaradılmış gurultulu hay-küy və saxta “tarixi missiya” təəssüratı fonunda bir qərar qəbul olundu ki, elə səhəri gün öz aktuallığını itirdi. Guya Ermənistan Avropa İttifaqına inteqrasiya yoluna qədəm qoyur. Kağız üzərində. Bəlkə siyasətçilərin başında da. Amma reallıqda? Bu sadəcə bir siyasi mimikriyadır - nə iradəsi var, nə imkanı, nə də gerçəkləşmək ehtimalı”.

Bu fikirləri Bakupost.az -a politoloq Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan Aİ-yə qoşulmur, sadəcə özünü, aldadır:

“Ermənistan parlamenti qərar verdi və guya Avropaya inteqrasiya prosesində “ilk, amma rəmzi” addım atıldı. İkinci və son oxunuşda 64 deputat “lehinə”, 7-si “əleyhinə” səs verdi. Beləcə “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında” qanun qəbul olundu. Qanun, hüquqi baxımdan, üzvlük üçün rəsmi müraciət demək deyil. Amma Paşinyanın siyasi kursunu nümayiş etdirmək üçün səhnəyə qoyulmuş növbəti aktdır. Qəbul olunmuş sənədə əsasən, Ermənistan “Aİ-yə üzvlük prosesinə başladığını” bəyan edir. Bununla da guya “xalq iradəsi” rəsmiləşdirilir və məqsəd göstərilir: “təhlükəsiz, qorunan, inkişaf etmiş və firavan ölkə” qurmaq. Amma o qanunda birbaşa bu da yazılıb: üzvlük yalnız ümumxalq referendumu ilə təsdiqlənə bilər. Avropa İttifaqının reaksiyası çox gecikmədi. Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Nils Uşakov və Ermənistan üzrə daimi məruzəçi Miriam Leksman İrəvanın bu addımını “Ermənistanın ortaq dəyərlərə və demokratik yola sarsılmaz sadiqliyinin açıq ifadəsi” kimi dəyərləndirdilər. Amma eyni zamanda avroparlamentarilər xatırlatdılar ki, Aİ-yə üzvlük “mürəkkəb, uzunmüddətli və nailiyyətə əsaslanan bir prosesdir” və namizəd ölkə insan haqları, qanunun aliliyi və davamlı islahatlar sahəsində bir sıra meyarlara cavab verməlidir. Paşinyan özü də etiraf edir ki, bu qanun “Ermənistanın birbaşa mənada Aİ üzvü olacağı” anlamına gəlmir. Yəni, hələ ki, niyyət bəyanatından başqa bir şey deyil. Amma bu niyyətin simvolizmi vacibdir”.

Politoloq bildirib ki, 2020-ci il müharibəsindən və Qarabağdakı acı məğlubiyyətdən sonra İrəvan, Rusiya ilə “strateji ittifaqdan” artıq məyus olduğunu açıq şəkildə göstərir və ümidini Qərbə bağlayır. Moskvanın regiondakı təsirinin zəifləməsi və onun bütün gücü ilə Ukrayna bataqlığında ilişib qalması Ermənistanı alternativ təhlükəsizlik və iqtisadi təminat axtarmağa vadar edir. Amma real siyasət və şüarçılıq arasındakı fərq o qədər böyükdür ki, Ermənistanın “Avropa səhnələşdirməsi” sonda onun üçün nə diplomatik, nə də iqtisadi dividendlə nəticələnə bilər. Çünki ortada layihə və xalqı yalançı ümidlərlə ovutmaqdan başqa heç nə yoxdur, sadəcə pafos var :

“Ermənistan üçün “Avropa gələcəyi” nə qədər cazibədar səslənsə də, reallıq amansızdır. Rusiyanın regiondakı təsir imkanları zəifləsə də, Kreml hələ də İrəvan üçün həm güclü aktor, həm də “strateji partnyor” olaraq qalır və bu fonda Avropaya doğru atılacaq hər hansı sərt addım Moskva tərəfindən birbaşa xəyanət kimi qəbul oluna bilər - siyasi, iqtisadi, hətta hərbi nəticələrlə. 2014-cü ildə Ukraynada baş verənlər buna bariz nümunədir. Ona görə də Paşinyanın bu addımı ciddi strateji qərardan çox, “yumşaq siqnal” təsiri bağışlayır. Bu, həm daxili auditoriyanı sakitləşdirmək, həm də Brüsselə bir mesaj ötürmək üçündür: “Burdayıq, hazıruq, amma dəstəyiniz də lazımdır”. Yəni, Ermənistan bu qanunu qrantlar, kreditlər və siyasi “hörmət” qazanmaq üçün istifadə etməyə çalışacaq - başqa cür təməl hələ görünmür”.

Sevinc,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see220

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see208

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see179

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see177

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see157

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see151

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see147

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see146

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see143

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see142

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see141

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see134

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri