"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xose Luis Mendilibar Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.
QOL.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı 2027-ci ilin iyununa qədər olan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Klubun rəsmi bəyanatında bildirilib: "Mendilibar hər zaman klubumuzun tarixinin bir parçası olaraq qalacaq. O, "Olimpiakos"un əfsanələr panteonunda və bütün qırmızı-ağ ailəmizin qəlbində hər zaman xüsusi yer tutacaq. Lakin futbolda da, həyatda olduğu kimi, bütün hekayələr gec-tez başa çatır. Sizin qazandığınız uğurlar isə əbədi yaşayacaq. "Olimpiakos" ailəsinin minnətdarlığı, hörməti və sevgisi hər zaman sizinlə olacaq, general! Bizi birləşdirən və heç vaxt yox olmayacaq o dərin duyğular hər zaman yaşayacaq".
Qeyd edək ki, Medilibar 2024-cü ilin fevralından "Oimpiakos"u çalışdırırdı. Komanda onun rəhbərliyi altında ölkə çempionu olub, Yunanıstan Kubokunu və Superkubokunu qazanıb. Həmçinin Yunanıstan futbolu tarixində ilk dəfə olaraq avrokubok titulunu – 2023/24 mövsümündə Konfrans Liqasını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 Sentyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















