Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

"Panik atakı vardı" 1 aydır itkin düşən Günayla bağlı YENİ DETALLAR

"Panik atakı vardı" 1 aydır itkin düşən Günayla bağlı YENİ DETALLAR

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Xəbər verdiyimiz kimi, Abşeronda 36 yaşlı Günay Əşrəfova 1 aydır itkin düşüb.

Qeyd olunur ki, 1989-cu il təvəllüdlü Günay Əşrəfova dekabrın 12-də günorta saatlarında xəbərsiz şəkildə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Bakupost.az -a danışan G.Əşrəfovanın anası Tacirə Kərimova qızının əvvəllər bir neçə dəfə intihara cəhd etdiyini bildirib:

“Qızımın panik atak xəstəliyi var idi. Evdən qaçıb getmək, özünü öldürmək cəhdləri olurdu. Bir dəfə onlara gedib gördüm ki, qazı açıb özünü boğur. Huşunu itirmişdi, tez xəstəxanaya çatdırdıq, müalicə etdirdik, yaxşı oldu, evə gəldi”.

T.Kərimova Günayın evdən getməsinə səbəb kimi onun xəstəxanaya yerləşdiriləcəyini eşitməsindən şübhələndiyini deyir:

“Son vaxtlar istəyirdik ki, onu aparıb xəstəxanaya qoyaq. Yoldaşı ilə danışıb dedim ki, elə dəfələrlə mən edirəm, bu dəfə də sən elə. Həmişə mən edirdim, əsəbləşdirdi. Onu əsəbləşdirmək olmazdı. Elə bu haqda söhbət üçün onlara getmişdim. Bir də baxdıq ki, yoxdur. Yoldaşı gedib otağa girəndə gördü ki, pəncərə açıqdır, barmaqlıq yerindən çıxıb. Barmaqlıq olsaydı, gedə bilməzdi. Bəlkə eşitdi ki, bunu xəstəxanaya qoyacağıq, ona görə qaçdı. Sonra ora-bura baxdıq, tapa bilmədik.”

T.Kərimovanın sözlərinə görə, təhlükəsizlik kameralarına baxış keçirilsə də, axtarışlar hələ də nəticə verməyib:

“Polislər müəyyən etdi ki, sən demə, biz göstərdiyimiz səmtlə qaçmayıb, başqa istiqamətdə qaçıb. Bu, kameraya düşmüşdü. Amma ondan sonrakı kameraların vaxtı qurtarıb deyə polislər tapa bilmir. Görüntülərdə həmin vaxt yoldan üç maşın keçir. Deyirlərdilər, o maşınlara minib gedə bilər. Onu da yoxlayıblar, amma görüblər ki, həmin maşınlar boş gedir. Neçə vaxt polisləri gözlədik, deyirdilər ki, biz taparıq. Ona görə bu boyda gecikdirdik, vaxtında ictimailəşdirmədik”.

T.Kərimova qızı Günayın həyat yoldaşı ilə münasibətləri barədə sualı cavablandırarkən, ailədə müəyyən söz-söhbətlərin olduğunu etiraf edib:

“Olurdu. Evləri sözlü-söhbətli idi. Evdir də, problemsiz ev olmur axı. Hər evdə söz-söhbət olur”, - deyə o bildirib.

O əlavə edib ki, həyat yoldaşı Günayın qaçdığı anı təhlükəsizlik kameralarında görüb, lakin ilk baxışda onu tanımayıb:

“Yoldaşı əslində bunu görübmüş. Yolu keçəndə görüb ki, əynində qırmızı geyim var. Deyir, mən elə bildim, o, olmaz, çünki həmin gün qara idman geyimində idi. Daha sonra kamerada dəqiqləşəndən sonra anlayıb ki,qırmızı geyimdə olan elə Günayın özü imiş”.

Anasının sözlərinə görə, Günay evdən tələsik və hazırlıqsız çıxıb:

"Ayaqyalın gedib. Nə pasportunu, nə də telefonunu götürüb. Polislər deyir ki, əgər telefon aparsaydı, onu daha tez tapmaq mümkün olardı".

T.Kərimova, hadisənin ictimaiyyətin və media nümayəndələrinin diqqətində olduğunu vurğulayıb:

“Bu dəqiqə bütün jurnalistlər mənə zəng edir. Hətta Xoşqədəmin özü də zəng etmişdi, mənimlə danışdı”.

Lalə, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Yanvar 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri