Icma.az
close
up
RU
"Pasxa atəşkəsi pauzanın mümkünlüyünü göstərdi, ancaq..." ŞƏRH

"Pasxa atəşkəsi pauzanın mümkünlüyünü göstərdi, ancaq..." ŞƏRH

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


“Pasxa fasiləsindən sonra atəşkəslə bağlı müzakirələrin əsl mahiyyətinə işıq salan yeni məlumatlar üzə çıxıb. Bir sıra əlamətlər göstərir ki, baş verən sakitlik təsadüfi deyil. Bu, əslində, danışıqlar imkanlarının məqsədyönlü şəkildə yoxlanılması olub və bu proses, o cümlədən ABŞ üçün gözlənilməz nəticələr verib. Diplomatik mənbələrin bildirdiyinə görə, bu mövzu üzrə qeyri-rəsmi təmaslar artıq müəyyən müddətdir davam edir. Ağ Evin Pasxa atəşkəsini “böyük irəliləyiş” kimi qiymətləndirməsi, – rəsmi ritorikaya baxmayaraq, – müəyyən siqnaldır: “Davam etməyə hazırıq”. Hazırda daha davamlı və hərtərəfli atəşkəs üzrə danışıqlar təşəbbüsü əsasən Vaşinqtondan gəlir. Bu təsadüfi deyil".

Bu fikirləri Bakupost.az -a politoloq Elçin Alıoğlu Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı daşışıqları şərh edərkən deyib.

Onun fikrincə, ABŞ daxilində uzanan qeyri-müəyyənlikdən və münaqişəyə fasiləsiz resurs yatırmaq zərurətindən bezginlik müşahidə olunur:

"Pasxa atəşkəsi texniki cəhətdən pauzanın mümkünlüyünü göstərdi. İndi bu pauzanın genişləndirilməsi istəyilə çıxış edirlər".

Ekspert deyir ki, diplomatik dairələrdən alınan məlumatlara görə, qeyri-rəsmi təmaslar artıq daha strukturlaşdırılmış və rəsmi danışıqlara keçid mərhələsinə qədəm qoyub:

"Lakin uğurlu nəticə şərtlərdən və razılaşdırılacaq mexanizmlərdən asılı olacaq. Burada xüsusilə üç məsələ önə çıxır. Atəşkəsə nəzarətin necə həyata keçiriləcəyi və bu nəzarət mexanizmlərinin real effektivliyi, atəşkəsin pozulmasına görə sanksiya mexanizmləri və aydın nəticələrin müəyyən edilməsi, qarşı tərəfdən, yalnız Kiyev deyil, ön cəbhədəki hərbi hissələrdən də təminatlar tələb olunması. Zəmanətlər məsələsi ən çox müzakirə doğuran mövzulardan biridir. Mənbələr bildirir ki, bəzi hərbi bölmələrin mərkəzləşdirilmiş komandanlığa tabe olmadan müstəqil hərəkət edə bilməsi ciddi risk kimi qiymətləndirilir. Əgər zəmanətlər yalnız siyasi bəyanatlarla məhdudlaşarsa, bu, faktiki olaraq atəşkəsin dayanıqlığını təmin edə bilməz. ABŞ tərəfindən hərbi əməliyyatların intensivliyinin azaldılmasına maraq həm də daxili analitik hesabatlarla izah olunur. Xüsusilə, Ukraynaya tədarük olunan bəzi növ silahların ehtiyatlarının tükənməsi və onların bərpası üçün tələb olunan uzun müddət bu məsələdə mühüm rol oynayır. Bu kontekstdə atəşkəs ABŞ hərbi-sənaye kompleksinin nəfəs dərməsi üçün imkan kimi qiymətləndirilir. Mövcud məlumatlara əsasən, may ayında ilkin danışıqların başlanması mümkündür. Lakin bu, dərhal cəbhə xəttinin bütün istiqamətləri üzrə atəşin tam dayandırılması olmayacaq. Əvvəlcə təhlükəsiz zona və humanitar “yaşıl dəhlizlər”in yaradılması kimi daha az mübahisəli məsələlər müzakirəyə çıxarılacaq. Bu, daha geniş razılaşmalar üçün şərait yaratmağa yönəlmiş addım olacaq. Danışıqlar prosesi olduqca mürəkkəb keçəcək. Tərəflərin maraqları kəskin fərqləndiyindən, yaxın perspektivdə hərtərəfli razılaşmaya nail olunacağı real görünmür. Lakin prosesin başlanması artıq göstərir ki, hər iki tərəf, fərqli səbəblərlə olsa da, gərginliyin azaldılması yollarını axtarır. Bununla belə, xüsusilə nəzarət mexanizmləri və zəmanətlərə dair irəli sürüləcək tələblər Kiyev və onun tərəfdaşları üçün çətinlik yaradacaq. Bu, prosesi tezliklə çıxılmaz vəziyyətə salma riski daşıyır. Qısa müddətdə asan və tez sülh əldə olunacağına dair illüziyalara qapılmaq olmaz”.

Sevinc,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Aprel 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri