Icma.az
close
up
RU
"Pekin lazım gələrsə..." Çindən ABŞ a təhdid

"Pekin lazım gələrsə..." Çindən ABŞ a təhdid

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Çin ABŞ-ın ticarət danışıqları üçün təkliflərini qiymətləndirir, lakin tarif maneəsi qalır.

Pekin Tramp administrasiyasının ticarət danışıqları ilə bağlı təkliflərini dəyərləndirir. Çinin Ticarət Nazirliyinin bəyanatında qeyd olub ki, 145%-ə qədər birtərəfli tariflər hələ də maneə olaraq qalır və etimadı sarsıdır.


Bakupost.az “Euronews”-ə istinadən xəbər verir ki, Bəyanatda Çinin danışıqlara açıq olduğu mövqeyi bir daha vurğulansa da, Pekinin lazım gələrsə mübarizə aparmağa da hazır olduğu bildirilib.

“Tarif və ticarət müharibələri ABŞ tərəfindən birtərəfli şəkildə başladılıb. Əgər ABŞ danışıqlar aparmaq istəyirsə, səmimiyyət göstərməli və səhv təcrübələrin düzəldilməsi, birtərəfli tariflərin ləğvi kimi məsələlərdə hərəkətə keçməyə hazır olmalıdır,” – deyə bəyanatda qeyd olunub.

Nazirliyin adı çəkilməyən nümayəndəsinə istinadla bildirilib ki, Çin tərəfi ABŞ rəsmilərinin tariflərlə bağlı danışıqlara hazır olduqlarını göstərən bir sıra açıqlamalarını nəzərə alıb.

“Eyni zamanda, ABŞ son vaxtlar müxtəlif vasitəçilərlə bir neçə dəfə Çin tərəfinə danışıqlar aparmaq istədiyinə dair məlumatlar ötürüb. Bu məsələdə Çin tərəfi qiymətləndirmə aparır,” – deyə bəyanatda qeyd olunub.

Lakin bəyanatda vurğulanıb ki, Çin Prezidenti Si Tsinpin Donald Trampın sərt tarif artımlarında heç bir dəyişiklik edilmədən təqdim olunan təklifləri qeyri-səmimi sayacaq.

Pekin Trampın tarif artımlarına cavab olaraq ABŞ məhsullarına tətbiq olunan tarifləri 125%-ə qədər yüksəldib, ABŞ-a ixrac olunan strateji əhəmiyyətli bəzi minerallara məhdudiyyət qoyub və ABŞ-dan bir sıra kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb.

Amin Rızayev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri