Icma.az
close
up
RU
"Putinin planında Azərbaycan da var" Boltonun bədbin proqnozu ŞƏRH

"Putinin planında Azərbaycan da var" Boltonun bədbin proqnozu ŞƏRH

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"Donald Trampın birinci prezidentliyi dövründə onun milli təhlükəsizlik müşaviri olan və sonra istefa verən Con Boltonun keçmiş liderinin Rusiya Prezidenti Vladimir Putinlə yaxınlığı barədə söylədikləri diqqəti çəkib. Boltonun fikrincə, Putin Trampın ona dəstək verəcəyinə əmindir. Kreml sahibi bu yolla Rusiya imperiyasını bərpa etməyə çalışır. Con Bolton Vladimir Putinin hazırda danışıqlara tələsmədiyini, çünki döyüş meydanında üstünlük qazandığını düşündüyünü bildirib. Boltonun sözlərinə görə, mövcud vəziyyət Putinə mümkün sülh danışıqlarında daha çox güzəşt qoparmağa imkan verəcək".

Bakupost.az xəbər verir ki, bu sözləri siyasi ekspert Elxan Şahinoğlu ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltun açıqlamalarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, keçmiş müşavir bu siyasətin Rusiyaya qonşu olan digər ölkələr üçün də təhlükəli olduğunu bildirib:

"Çünki Putin Ukrayna ilə kifayətlənməyəcək, onun planları daha geniş coğrafiyanı əhatə edəcək. Bolton bu sırada Cənubi Qafqaz, o cümlədən Azərbaycanın adını çəkib. Onun sözlərinə görə, Rusiya Azərbaycan, Gürcüstan və Ermənistanı təsir dairəsində saxlamaq istəyir. Con Boltonun söylədiyi kimi, Kremlin Ukrayna müharibəsindən sonra Cənubi Qafqazla bağlı “xüsusi planı” ola bilər”.

E.Şahinoğlunun sözlərinə görə, Gürcüstanın hazırda Qərblə münasibətlərində soyuqluq mövcud olsa da, Tbilisi Cənubi Osteyi və Abxaziyaya görə, Kremllə diplomatik münasibətləri bərpa etmək istəmir:

“Ancaq Rusiya rəsmiləri əlaqələri bərpa etmək məqsədilə Tbilisiyə mesaj göndərməkdə davam edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə iqtisadi zəmində bağlı olsa da, hərbi və təhlükəsizlik sahəsində fərqli siyasətə üstünlük verir. Ancaq baş nazir Nikol Paşinyanın ölkə içində mövqeləri getdikcə zəifləyir və əgər Kreml Ermənistanda növbəti parlament seçkisində erməni tərəfdarlarından birini hakimiyyətə gətirə bilərsə, Moskvanın İrəvanı yenidən forpostu halına gətirməsinə heç nə mane olmayacaq. Bu vəziyyətdə Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməlidir. Digər tərəfdən Nikol Paşinyan Konstitusiyada zəruri dəyişiklik edib Azərbaycanla sülh sazişi imzalayarsa, Rusiyanın Cənubi Qafqaza təsirini minimuna endirmək mümkün olacaq və bu halda Boltonun proqnozu doğrulmayacaq”.

Lalə Novruz,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri