Icma.az
close
up
RU
"Qarabağ" əks hücumlarda çox təhlükəlidir" Tvente nin futbolçusu

"Qarabağ" əks hücumlarda çox təhlükəlidir" Tvente nin futbolçusu

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" əks-hücumlarda çox təhlükəlidir" - "Tvente"nin futbolçusu

"Tvente"nin hücumçusu Sandre Öryaseter UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"a evdə uduzdulqarı ilk oyunundan (0:1) sonra fikirlərini bölüşüb.

QOL.az norveçli futbolçunun klubun mətbuat xidmətinə müsahibəsini təqdim edir.

- Rəqib haqqında nə fikirləşirsiniz?

-Həqiqətən yaxşı rəqib idi. Amma düşünürəm ki, sərfəli nəticə qazanmamağımızın səbəbi əsasən öz səhvlərimiz oldu. Şanslarımız var idi, amma təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.

- Birinci hissə komandanız üçün çətin görünürdü. Sizin üçün oyun necə keçdi?

- Asan oyun deyildi. Güclü rəqib idi, çox qaçmalı olduq. Mənim də iki qol fürsətim var idi. Onları qola çevirə bilərdim. Buna görə də hazırda hisslərim yaxşı deyil. İndi sadəcə bərpa olub növbəti oyuna hazırlaşmalıyam.

- İkinci hissənin əvvəlində tez qol buraxdınız. Orda nə baş verdi?

- Topu itirdik. Rəqib əks-hücumlarda çox təhlükəlidir. Belə qol buraxmaq istəmirdik. Amma məsələ təkcə bu deyil, biz özümüz də qol vurmalı idik. Artıq bunu dəyişmək mümkün deyil.

- Azarkeşlər çox səs-küylü idi və gözəl atmosfer yaratmışdılar. Bu, çətin anlarda sizə kömək etdimi?

- Əlbəttə. Azarkeşlər çox vacib amildir. Atmosfer möhtəşəm idi. Sadəcə təəssüf ki, onları yaxşı nəticə ilə sevindirə bilmədik.

- Ən böyük qol şansınız sizin baş zərbəniz idi. O epizod haqda nə düşünürsünüz?

-  Markodan çox yaxşı ötürmə gəldi. Düzünü desəm, başla qol vurmaq mənim ən güclü tərəfim deyil. Amma indi bu fürsəti qaçırdığım üçün çox pis oluram.

- Son 30 dəqiqədə "Tvente" daha güclü görünürdü. Bunu gələn həftəki cavab oyununa necə daşıyacaqsınız?

- Əsas məsələ enerjimizi bərpa etmək və ruhdan düşməməkdir. Biz yaxşı komanda olduğumuzu bilirik. Yenə də qol imkanları yarada bilərik. Əgər cavab oyununda erkən qol vursaq, düşünürəm ki, növbəti mərhələyə yüksəlmək şansımız olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Avqust 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri