Icma.az
close
up
RU
"Qarabağ"ın yeni Avropa macərası: Liqa mərhələsində tarixi qarşılaşmalar

"Qarabağ"ın yeni Avropa macərası: Liqa mərhələsində tarixi qarşılaşmalar

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə liqa mərhələsinin oyun cədvəli müəyyənləşib. Liqa mərhələsində "Qarabağ"ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

İngiltərə - "Çelsi " (evdə),

İngiltərə - "Liverpul" (səfərdə),

Almaniya - "Ayntraxt" (evdə),

Portuqaliya - "Benfika" (səfərdə),

Niderland - "Ayaks" (evdə),

İtaliya - "Napoli" (səfərdə),

Danimarka - "Kopenhagen" (evdə)

İspaniya - "Atletik Bilbao" (səfərdə)

İndi isə , gəlin bu komandaların son mövsümdəki nəticələrinə və bəzi detallarına baxaq. İngiltərə Premyer Liqasında mövsümü 4-cü pillədə bitirən zadəganlar, Avropa Konfrans Liqası və FİFA Klublararası Dünya Çempionatının qalibi olaraq mövsümü böyük notlarla başa vurdu. Hazırda ingiltərə təmsilçisinin heyətində ən bahalı oyunçu 120 milyon avro dəyərə sahib olan 23 yaşlı ingilis yarımmüdafiəçi Cole Palmerdir. Bu komanda bizə tanışdır, "Qarabağ" 2017-ci ildə ÇL-nın ilk mövsümünə qatıldığında da "Çelsi" ilə qarşılaşmış, Bakıda 0-4, səfərdə 6-0 məğlub olmuşdu.

Səfərinə yollanacağımız daha bir ingilis klubu - "Liverpool" ötən mövsümü 84 xalla Premyer Liqada çempion kimi başa vurdu. Mersesaydlıların ötən mövsüm ən sərrast oyunçusu misirli hücumçu Mohammed Salah 29 qol 17 assistlə Premyer Liqaya öz damğasını vurdu. Klub oyunlarını 61 min nəfərlik Anfield Road-da keçirir.

"Ayntraxt" Frankfurt - Bundesliga'da inamlı mövsüm keçirərək 60 xalla 3-cü oldular. Hücumda Omar Marmoush (22 qol) və Hugo Ekitiké (20 qol) komandasının önəmli silahları olmuşdular. Bu komanda ilə "Qarabağ" 2013-cü ildə Avropa Liqasının play-off mərhələsində üz-üzə gəlmişdi, iki oyunun nəticəsində 4-1 məğlub olan Ağdam təmsilçisi turnirlə vidalaşmışdı. Almanlar 2022-ci ildə Avropa Liqasının qalibi olub. Son mövsümdə Avropa Liqasının ¼ finalında "Tottenham"a 0-1 hesabı ilə məğlub olub və mübarizəni dayandırıb.

"Benfika" – Portuqaliya səfərinə yollanacağımız rəqib son olaraq "Fenerbahçe"ni məğlub edərək qitənin ən nüfuzlu klub turnirinə adını yazmağı bacardı. Klub Portuqaliya liqasında Çempion ola bilməsə də, Liqa kubokunun qalibi oldu, Çempionlar Liqasında 1/8 finala qədər yüksələ bildi. Portuqallar ev oyunlarını Lissabon şəhərindəki 60.000 tutumluq Estadio da Luz-da keçirir.

"Ayaks" – Ötən mövsümə yaxşı başlamasalar da, sonda 2-ci yeri təmin etdilər və turnirə vəsiqə qazandılar. "Ayaks" elə ötən il Avropa Liqasının Liqa mərhələsində Bakıda "Qarabağ"la qarşılaşmış, 0-3 hesablı qələbəyə sevinmişdi. Son mövsümdə Avropa Liqasının 1-16 final mərhələsində "Ayntraxt"a ümumi hesabda 2-6 məğlub olaraq mübarizəni dayandırmışdı.

Ötən mövsüm 82 xalla İtaliya çempionu olan "Napoli" daha bir rəqiblərimizdən biridir. "Napoli" 2024–25 mövsümündə heç bir Avropa yarışında iştirak etmədi — bu, 2009-10 sezondan bəri ilk belə hal idi. 1 illik fasilədən sonra yenidən avrokuboklara qatılan Neapolluların hədəfi ilk 24 pilləni tutaraq növbəti mərhələyə yüksəlməkdir. Klub öz oyunlarını 55.000 tutumluq Diego Maradona stadionunda keçirir.

"Kopenhagen", daha bir tanış rəqib – "Qarabağ" 2017-ci ildə Çempionlar Liqasına ilk vəsiqəni məhz Danimarka klubuna qarşı qalibiyyətdən sonra əldə etmişdi. Danimarka Superliqasında "Kopenhagen" mövsümü 63 xalla 1-ci yerdə başa vuraraq klub tarixində 16-cı çempionluğunu qazandı və mövsüm sonunda Danimarka Kubokunu da qalib kimi bitirərək “dubl” etdi. Komanda UEFA Konfrans Liqasında tmübarizəyə qoşuldu və son 16-lara qədər irəlilədi, lakin burada mübarizəni dayandırdı.

Son səfərimiz - "Athletic Bilbao". Klub 2024–25 mövsümünü La Ligada 70 xalla 4-cü yerdə başa vurdu. UEFA Avropa Liqasında 36 komandalıq yeni formatda mübarizə apardı — qrup mərhələsindən başladı və yarımfinala qədər yüksəldi. Yarımfinalda "Manchester United"-a uduzan komanda final şansını əldən verdi. Bask təmsilçisi oyunlarının 54 min tutumluluq San Mames stadionunda keçirir.

Beləliklə, "Qarabağ" 2025/26 mövsümündə Çempionlar Liqasının liqa mərhələsində Avropanın ən güclü komandaları ilə üz-üzə gələcək. "Çelsi", "Liverpul", "Napoli" kimi nəhənglərlə yanaşı, "Ayntraxt", "Benfika", "Ayaks", "Kopenhagen" və "Atletic Bilbao" kimi rəqiblər də Ağdam təmsilçisini ciddi sınaqlarla qarşı-qarşıya qoyacaq. Bu mərhələ həm futbolçular, həm də azarkeşlər üçün unudulmaz təcrübə və yeni tarix yazmaq imkanı olacaq. "Qarabağ"ın Avropa səhnəsindəki növbəti addımları böyük maraqla izlənəcək. Təmsilçimizə bu tarixi matçlarda uğurlar arzulayırıq!


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri