Icma.az
close
up
RU
"Qurtuluş"un müalicə şousu: Nəsimi ilə Ceyhundan əslində nə istəyirlər?

"Qurtuluş"un müalicə şousu: Nəsimi ilə Ceyhundan əslində nə istəyirlər?

Icma.az bildirir, Bakupost portalına istinadən.


Hind vedalarına görə, 3 cür xeyirxahlıq olur.

Birincisi, ehtirasdan doğan xeyirxahlıqdır. Bir də görürsən, yekəqarın biri bir dəstə adamın içində əlini cibinə atır, bir qom pul çıxarır, ondan ehtiyacı olan bir uşağa 1 manat verir. Bu zaman həmin yekəqarının əsl məqsədi uşağın ehtiyacını ödəməkdən çox, imkanlı və "səxavətli" olduğunu nümayiş etdirməkdir! Ehtirasdan doğan bu xeyirxahlığa göstəri, dəbdə olan sözlə desək, "risovka" xeyirxahlığı da demək olar.

İkincisi, cəhalətdən irəli gələn xeyirxalıqdır. Yenə də deyək ki, küçədə bir sərgərdan yaxınlaşıb sizdən pul istəyir, sizin də ürəyiniz yumşalır və onun arzusunu yerinə yetirirsiz. O isə sizdən ayrılan kimi "bariqa"lara üz tutur və beləcə, siz onun özünü bir az da məhv etməsinə yardımçı olursunuz...

Üçüncüsü, bu gün demək olar ki, ən az rast gəlinən saf, təmənnasız xeyirxahlıqdır. Yəni, "sağ əlin verdiyi, sol əlin bilmədiyi" xeyirxahlıq.

Ancaq son dövrlər, xüsəsən də "TikTok" sosial şəbəkəsi Azərbaycanda populyarlaşandan sonra yeni növ "xeyirxahlıq" peyda olub. Buna elə ""TikTok" xeyirxahlığı" deyə bilərik. Bu "xeyirxahlığ"ı daha çox ehtiras, yoxsa cəhalət kateqoriyasına aid etmək olar, cavab vermək çətindir. Yəqin ki, hər ikisinə... O da mümkündür ki, bunun arxasında yalnız ehtiras və cəhalət deyil, başqa qeyri-sağlam, qeyri-humanist, hətta məkrli niyyətlər - ucuz populyarlıqdan tutmuş, duyğu sömürüsü hesabına fayda (həm də maddi) əldə etmək istəyinə qədər çox şey dayansın.

İndisə keçək əsl mətləbə. Nə işlə məşğuldur Azərbaycandakı ""TikTok xeyirxahları"? Beş-on manatlıq bazarlıq edib ehtiyaclı ailələrə, kirayədə yaşayan, həyat yoldaşından ayrılan, yaxud dul qalan qadınlara aparmaq, onlara televizor, uşaqlarına velosiped və s. almaq. Əlbəttə, bu cür yardımlar heç də pis deyil. Pis olan odur ki, bu işlə məşğul olanlar hər addımlarını videoya çəkir, həmin qadın və uşaqlara necə acıdıqlarını kamera önündə nümayiş etdirir, onları utandırır, qürurlarına toxunurlar. Ata və ya anadan məhrum yeniyetmə oğlan və qızların bu özündənrazı, əzələli, bahalı maşınlı "dayı"ların qarşısında necə əzildiklərini görmək çox üzücüdür. Bəzən bu "dayı"ların (aralarında "xala"lar da var) davranışları əndazəni o qədər aşır ki, sanki kasıb, ehtiyaclı bir ailəyə deyil, dilənçilərə yardım edirlər. Bu nə davranışdır? Bu necə xeyirxahlıqdır? Bəs deyirlər, "sağ əlin verdiyini sol əl bilməməlidir"?! Məqsəd həqiqətən də xeyirxahlıq, yardım etməkdirsə, niyə bütün bunlar kameraya alınıb sosial şəbəkədə yayılmalıdır? Kiçik bir yardım qarşılığında o ailələrin, o qadın və uşaqların aldığı ağır travmanı, psixoloji zərbəni göz önünə gətirmək bu qədərmi çətindir? Hələ həyatdan heç nə anlamayan bu uşaqların böyüyüb ailə-uşaq sahibi olanda o videoları izləyib hansı hissləri keçirəcəklərini düşünürsüzmü?!

Son vaxtlar bu "xeyirxahlığın" sırasına biri də əlavə olunub - narkomaniyaya düçar olan tanınmışların reablitasiyası. Tanınmış teleaparıcı Nəsimi Nəbizadə ilə bağlı Sarayda çəkilən görüntüləri yəqin ki, izləmisiz. Özü də bunu çəkənlər və yayanlar "Qurtuluş" Reabilitasiya Mərkəzinin əməkdaşlarıdır.

Adamın qapısına gedib kamera açır, israrla onları içəri buraxmalarını istəyirlər. Bu mübahisə dəqiqələrlə davam edir, "yox" cavabı alırlar, ancaq usanmırlar. Növbəti dəfə bu ucuz reklam kampaniyasına kəndin dağdan ağır ağsaqqalarını da qatırlar. Əllərinə kamera alıb yenə jurnalistin qapısını döyürlər və baş verənləri "TikTok"dan bütün Azərbaycan izləyir. Əgər məqsəd doğrudan da Nəsimini mübtəla olduğu bəladan qurtarmaqdırsa, bu ucuz şoular nəyə lazımdır? Nəyə lazımdır bu utancverici səhnələrin anbaan "TikTok"da yayımlanması?!

"Qurtuluş" Reabilitasiya Mərkəzinin jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovla bağlı "müalicə şousu" isə daha utancvericidir. Güclü narkotikin təsiri altında olan adamı yatağından götürüb reabilitasiya mərkəzinə aparırılar və prosesin hər anı yenə də kameraya düşür: Ceyhun özündə deyil, üzü, gözləri şişib, deyilənlərə reaksiya vermək gücü qalmayıb. Sual olunur: Ceyhunun bu vəziyyətdə görüntüsünün bütün cəmiyyətə nümayiş etdirilməsi müalicə, reabilitasiya üçün həyati vacib addımdırmı? Qanun, şəxsi həyatın məxfiliyi və toxunulmazlığı, mentalitet, yayılan görüntülərin "TikTok"un çoxsaylı yeniyetmə izləyicilərinə mənfi təsiri bir yana, bəs, pasiyent konfidensiallığı, tibb, müalicə etikası harda qaldı? Xeyirxahlıq etmək, tanınmış jurnalistləri ağır mərəzdən sağaltmaq istəyənlər doğrudanmı bu cür davranmalıdırlar? Hələ bu adamlar kəlməbaşı "İnşallah", "Maşallah", "Allahın kpöməkliyi ilə" və s. ifadələr işlədirlər və hiss olunur ki, özlərini cəmiyyətin inanclı kəsiminə aid edirlər. Cənablar, doğrudanmı sizin dininiz və inancınız bütün bunları məqbul sayır? Yoxsa, reklam, çox izlənmək, populyarlaşmaq, çoxlu pasiyent qazanmaq istəyi gözünüzü elə tutub ki, nə etdiyinizin fərqində deyilsiniz? Məncə, dayansanız və reabilitasiyaya özünüzdən başlasanız, daha doğru olar! Əməlləriniz göstərir ki, özünüzün çox ciddi şəkildə psixoloji reabilitasiyaya ehtiyacınız var.

Zahid Nurəliyev

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Sentyabr 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri