"Real Madrid" Kilian Mbappeni "Mançester Siti"nin ulduzu ilə dəyişmək istədi
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın "Real Madrid" klubu Kilian Mbappenin çıxışından narazı olduğu üçün İngiltərə təmsilçisi "Mançester Siti"də çıxış edən Erlinq Holandı 200 milyon avroya ala bilər.
Bakupost.az xəbər verir ki, "Mançester Siti" klubuna yaxın zamanlarda maliyyə pozuntularına görə sanksiya tətbiq olunarsa, 24 yaşlı hücumçu komandanı tərk edəcək.
İngiltərə çempionu aşağı liqaya göndərilsə, norveçli forvardı satmağa məcbur qalacaq.
Belə olacağı təqdirdə "Real Madrid"in prezidenti Florentino Peres onun üçün 200 milyon avro təklif edəcək. Əks halda Holandın "Mançester Siti"dən ayrılması mümkünsüz hesab edilir.
Qeyd edək ki, hücumçu cari mövsüm klubunda keçirdiyi 14 oyunda 14 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 05 Noyabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















