"Ronaldo 1000 qol vurmadan dayanmayacaq"
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya millisinin və "Real"ın sabiq müdafiəçisi Naço keçmiş komanda yoldaşı, hazırda "Əl-Nəsr"də oynayan Kristiano Ronaldo barədə danışıb.
QOL.az xəbər verir ki, o, portuqaliyalı hücumçunun 1000 qol vurmadan karyerasını başa vurmayacağını bildirib.
"O, dəqiq dayanmayacaq. Onu tanıyaraq bunu deyə bilərəm. Onun həyatı rekordlar qırmağa həsr olunub və bu, inanılmazdır. Elə görünür ki, bacarmayacaq, amma sonda qarşısına qoyduğu hər məqsədə çatır.
41 yaşında hələ də mübarizə aparması, ilk gündəki kimi eyni həvəsi qoruması, bu qədər oyun keçirməsinə, uzun səfərlər etməsinə və evdən uzaqda çox vaxt keçirməsinə baxmayaraq dəyişməməsi həqiqətən heyranedicidir. Futbola beş yaşında başlayanda necə həvəsli idisə, indi də elədir.
O, 1000 qol vurmadan dayanmayacaq. Son illərdə ona qarşı oynamışam və hər səhər oyanıb eyni əzmlə mübarizəni davam etdirməsi inanılmazdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 01 Avqust 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















