"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Real"ın baş məşqçisi Joze Mourinyo Madrid klubunda ilk dönəmində ulduz futbolçulara çox şey öyrədə bilmədiyini bildirib.
QOL.az xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdəki fəaliyyəti barədə danışıb:
"Real"da onlara çox az şey öyrədə bilərdim. Ramosa başla oynamağı, Kriştiano Ronaldoya isə qol vurmağı öyrədə bilməzdim. Mənim işim düzgün taktikayla işləmək və hamının futbola eyni şəkildə yanaşmasını təmin etmək idi".
Qeyd edək ki, Kriştiano Ronaldo Mourinyonun rəhbərliyi altında 2010-2013-cü illərdə "Real"da çıxış edib. Bu müddətdə portuqaliyalı hücumçu 164 oyunda 168 qol vurub. Mourinyo "Real"la İspaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 11 Avqust 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















