"Sabah" hücumda çox təhlükəlidir" Orhus un baş məşqçisi
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ı qəbul edəcək Danimarkanın "Orhus" klubunun baş məşqçisi Yakob Poulsen oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis komandasının rəqibi ciddi təhlil etdiyini bildirib:
"Yaxşı hazırlaşmışıq və bizi nəyin gözlədiyini bilirik. "Sabah" çox yaxşı komandadır. Ötən mövsüm Azərbaycan çempionatında ölkənin ən güclü komandalarından hesab olunan və Çempionlar Liqasında çıxış edən "Qarabağ"ı qabaqlayaraq inamlı şəkildə çempion oldular. Deməli, bizi güclü rəqib gözləyir".
O, "Sabah"ın həm müdafiədə intizamlı oynadığını, həm də hücum xəttində təhlükəli futbolçulara sahib olduğunu vurğulayıb:
"Sabah" nizam-intizamlı komandadır. Hücumda sərbəst hərəkət edən dörd futbolçu və məhsuldar mərkəz hücumçusu var. Eyni zamanda möhkəm müdafiə xəttinə sahibdirlər və rəqiblərin qol vəziyyəti yaratmasını çətinləşdirirlər.
Adətən qarşılaşdığımız komandalardan fərqli rəqiblə oynamaq maraqlıdır. Həm komanda, həm də fərdi baxımdan futbolçular üçün yeni çağırışdır".
Qeyd edək ki, “Orhus” - “Sabah” matçı avqustun 5-də Randers şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab matçı isə avqustun 11-də Bakıda keçiriləcək və saat 20:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 04 Avqust 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















