"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikdə 104 620 bilet satılıb.
QOL.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Bilet satışının ilkin gözləntiləri və planlaşdırılan tempi xeyli üstələdiyi bildrilib.
Qeyd edilib ki, hazırkı qiymətlər daha çox insanın oyunlara qatıla bilməsi nəzərə alınaraq münasib səviyyədə müəyyən edilib.
Bilet alan azarkeşlər dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin edirlər.
Bilet satışından əldə olunan gəlirin 25 faizinin “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldiləcəyi də bildirilib.
“Sabah”ın ev oyunlarının təqvimi
2-ci tur, 13 oktyabr
20:45. "Sabah" - "Slaviya" (Çexiya)
3-cü tur, 20 oktyabr
20:45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)
5-ci tur, 25 noyabr
21:45. "Sabah" - "Barselona" (İspaniya)
7-ci tur, 20 yanvar
21:45. "Sabah" - "Napoli" (İtaliya)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 24 Sentyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















