Icma.az
close
up
RU
"Şəbnəm səhnəyə çıxdı, çox əsəbləşdim" Röya həmkarını niyə qovub? VİDEO

"Şəbnəm səhnəyə çıxdı, çox əsəbləşdim" Röya həmkarını niyə qovub? VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Xalq artisti Röya Ayxan və həmkarı Elçin Cəfərov Şəbnəm Tovuzlunun ad günündə baş verən hadisəyə münasibət bildiriblər.

Bakupost.az xəbər verir ki, Röya Ayxan bu barədə “Elgizlə izlə” verilişində danışıb.

Müğənni bildirib ki, ifa edərkən başqa şəxslərin səhnəyə çıxması onu əsəbləşdirir:

“Birincisi onu deyim ki, oxuyanda səhnəyə kimsə çıxanda çox əsəbləşirəm və bunu sevmirəm. Çünki səhnə mənimdir. Müğənni bilir ki, gecənin sahibi ilə şəkil çəkdirməlidir, özü mahnının ortasında düşür, şəkil çəkdirir və geri qayıdır. Səhnəyə çıxıb 5–6 saat orada olmaqla 5–10 dəqiqə qalmaq mənim üçün eynidir. Mən Şəbnəm xanımın ad günündə idim. Orada o qədər adam səhnəyə çıxdı ki, öz performansımı göstərə bilmədim. Elçinlə dueti də məhz orada hədiyyə etmişdik. Səhnə boş olmalı idi, yalnız ikimiz olmalıydıq. Mən ona sadəcə bir əzizim kimi dedim ki, nə olar, tamaşaçı kimi düşün. Dilim dilim olsun. Mən bir az dəli qadınam. Bəlkə deməməli idim, amma dedim də...”.

Elçin Cəfərov isə əlavə edib ki, bu mövzuda sosial şəbəkələrdə Şəbnəm Tovuzlu tənqid olunub, lakin bunun tərəfdarı deyil:

“Əslində biz səhnə arxasında, kulisdə görüşmüşdük. Gəldiyimiz üçün bizə təşəkkür etmişdi”.

Xatırladaq ki, bir müddət əvvəl Röya Ayxan Şəbnəm Tovuzlunun doğum günündə onunla birlikdə səhnədə çıxış edərkən Elçin Cəfərov səhnəyə çıxaraq müğənnini təbrik edib. Lakin Şəbnəm Tovuzlunun bu təbrikə saymazyana münasibət göstərməsi diqqət çəkib. Bundan sonra Röya Ayxan Şəbnəm Tovuzludan səhnəni tərk etməsini və tamaşaçılar arasında əyləşməsini istəyib.

Ardınca Röya Ayxan Elçin Cəfərovu qucaqlayaraq ona “Mən nə etdiyimi bilirəm və sən də bilirsən” deyib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir sıra istifadəçilər Şəbnəm Tovuzlunun davranışını Elçin Cəfərova qarşı "hörmətsizlik" kimi qiymətləndirib, Röya Ayxanın reaksiyasını isə "layiqli addım" hesab ediblər.

Lalə, BakuPost






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri