Icma.az
close
up
RU
"Şikayət etmək istəyəndə qabağımızı Xuraman həkim kəsdi”

"Şikayət etmək istəyəndə qabağımızı Xuraman həkim kəsdi”

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Talassemiyalı uşaqların müalicəsi üçün verilmiş pulları ələ keçirməkdə ittiham olunan üç xanımın məhkəmə araşdırması davam edir.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda bir neçə şahid dindirilib.

Onlardan biri Şahsuvar Paşayevdir. Şahsuvarın həyat yoldaşı işdə zərərçəkmiş qismində tanınıb. Ailənin övladı talassemiya xəstəliyindən əziyyət çəkir. O, təqsirləndirilən Nuridə Seyidova, işçiləri - Aynur Bayramova və Aysel Məmmədovanı da övladının əməliyyatına dəstək olacaq şəxslər kimi tanıyıb.

Şahidin dediyinə görə, müttəhim xanımlara 30 min dollar verib. Guya üstünü düzəldib övladının əməliyyatını təşkil edəcəklərmiş.

Şahsuvar Paşayev cinayətə görə yalnız üç xanımın mühakimə edilməsi ilə də razılaşmır. Şahid hesab edir ki, bu işdə bir sıra həkimlər də məsuliyyət daşıyır:

“Bunlar heç kimdir. Bunlarla işləyən həkimlər də tutulmalıdır. Bizi Nuridə və Aynurla Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərova tanış elədi. Hələ iş bura gəlib çatmamış etiraz etdik. Şikayətimizin işıqlandırılmaması üçün Xuraman Cəfərova (Talassemiya Mərkəzinin sabiq baş həkimi-red) qabağımızı kəsdi. Bizim uşaq ağır vəziyyətdədir. Pulumuzu tələb edirik”.

Hakim Azad Məcidov şahidin dediklərinə cavab verib. Bəzi məsələləri ona izah edib:

“Hamımız bura yığışmışıq ki, bu məsələləri həll edək. Bizdə istəyirik zərərçəkmişlərə dəymiş ziyan ödənilsin. Amma o demək deyil ki, pulu məhkəmə alıb verməlidir. Həkimlərə gəlincə, sizdə onların cinayətdə iştirak etmələri ilə bağlı məlumat varsa, hüquq-mühafizə orqanlarına müraciət edin. Sadəcə biləsiniz ki, zərərçəkmişlərdən biri daha əvvəl bir sıra həkimlərin (Mir Cəlal Kazimi, Xuraman Cəfərova və Valeh Hüseynov-red) məhkəməyə çağırılması barədə vəsatət verib. Biz onları dindirəcəyik.

Prosesin davamında şahid Cahangir Xanmirzəyev ifadə verib. Cahangir atasına böyrək köçürülməsi üçün Mərkəzi Gömrük Hospitalına müraciət edib. Bu müraciət onu təqsirləndirilən şəxslərin yanına gətirib çıxarıb. Şahidi oraya hospitalın cərrahı Mir Cəlal Kazimi göndərib:

“Hoapitalda əməliyyat üçün 50 min manat lazım idi. O pul da bizdə yox idi. Bu ərəfədə Mir Cəlal doktor bizə Ayselin nömrəsini verdi. Dedi ki, sizə kömək edəcəklər. Aysel vasitəsilə də Nuridəni tanıdım. Məndən 25 min manat pul aldılar. Söz verdilər ki, üstünü düzəldib əməliyyatı təşkil edəcəklər. Sonra da heç bir əməliyyat olmadı. Ayselin dayısı 10 min manatımı qaytarıb. Qalan 15 mini də tələb edirəm”.

Məhkəmə salonunda əyləşən zərərçəkmişlərdən biri bildirib ki, Mir Cəlal Kazimi Ayseli hamıya xeyriyyəçi qadın kimi tanıtdıb. “Yaman da xeyir verib” , - hakim Azad Məcidov deyib.

Proses martın 19-u davam edəcək.

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Mart 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri