"Tehran" serialının israilli prodüseri hoteldə ölü tapıldı: Qətlə yetirilib?
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin aparıcı televiziya prodüseri və beynəlxalq səviyyədə tanınmış “Tehran” serialına görə “Emmi” mükafatı qazanan Dana Eden Yunanıstanın paytaxtı Afina şəhərində hoteldə ölü tapılıb.
Bakupost.az xəbər verir ki, bu barədə İsrailin “KAN” dövlət televiziyası məlumat verib.
Məlumata görə, Yunanıstan hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb və mümkün cinayət ehtimalı da nəzərdən keçirilir.
Yunanıstan mətbuatında yer alan iddialara görə, serial çəkilişləri üçün Afinada səfərdə olan 52 yaşlı Edenin hoteldə ölü aşkarlanan bədəninin boyun və əl nahiyələrində şübhəli göyərmə izləri müəyyən edilib.
Səlahiyyətli qurumlar ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün otopsiyanın keçirilməsinə qərar verib.
Edenin təsisçisi olduğu “Dana and Shula Productions” şirkəti tərəfindən verilən açıqlamada isə onun qətli ilə bağlı xəbərlərin əsassız olduğu iddia edilib.
“Ölüm hadisəsinin cinayət və ya siyasi motivli olması barədə yayılan şayiələr əsassızdır”, - deyə şirkətdən bildirilib.
Açıqlamada həmçinin KİV-ə çağırış edilib və dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinmək və həssaslıq nümayiş etdirmək tövsiyə olunub. Həmçinin Dana Edenin ailəsi, dostları və iş yoldaşları üçün bu dövrün ağır olduğu qeyd edilərək, onların şəxsi həyatına hörmətlə yanaşılması xahiş edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Fevral 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















