Icma.az
close
up
RU
"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Son günlər “Temu” platforması üzərindən sifariş edilən bağlamalarla bağlı sosial şəbəkələrdə çoxsaylı şikayətlər yayılıb.

Vətəndaşların sözlərinə görə, məhsulların bir hissəsi itir, bəzi bağlamalar isə açılmış və yenidən qablaşdırılmış vəziyyətdə çatdırılır.

Bakupost.az xəbər verir ki, şikayətçilər məsuliyyətin kargo şirkətlərinin üzərinə düşdüyünü bildirirlər. Onların sözlərinə görə, “Limak” şirkəti məsələ ilə bağlı “biz yalnız çatdırırıq, məsuliyyət bizdə deyil, Temu ilə əlaqə saxlayın” cavabını verir.

Digər tərəfdən, Temu sifarişlərin tam şəkildə göndərildiyini bildirir və məsuliyyətin çatdırılma zəncirinə aid olduğunu qeyd edir.

Bəzi vətəndaşlar isə bu halların “Temu”nun fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması məqsədilə qəsdən edildiyini iddia edirlər.

Qeyd edək ki, son dövrlərdə “Temu” vasitəsilə ölkəyə daxil olan bağlamaların sayında kəskin artım müşahidə olunur və bu da logistika və nəzarət proseslərində əlavə çətinliklər yaradır.

Məsələ ilə bağlı Dövlət Gömrük komitəsinə sorğu ünvanladıq. Qurumdan Bakupost.az -a bildirildi ki, malların gömrük orqanları tərəfindən açılması ilə bağlı iddia həqiqəti əks etdirmir:

“Gömrük orqanları mal və nəqliyyat vasitələrinə xüsusi rentgen qurğuları vasitəsilə baxış keçirirlər.

Baxış zamanı hər hansı təhlükəli və ya şübhəli hal aşkar edildikdə, mallar gömrük əməkdaşları tərəfindən deyil, daşıyıcı şirkətin nümayəndəsinin iştirakı ilə açılaraq yoxlanılır. Yoxlama başa çatdıqdan sonra mallar daşıyıcı şirkətin nümayəndəsi tərəfindən yığılır və vətəndaşa təhvil verilir”.

Məsələ ilə bağlı Bakupost.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, Temu-dan daxil olan şikayətlərin çeşidi müxtəlifdir:

“İlk növbədə reklam olunan malların göndərilən mallara uyğun olmamasıdır. Məsələn, bizim ofisdə nümunələr var. Saat sifariş edilir, vətəndaşa tamamilə fərqli, saatla heç bir əlaqəsi olmayan məhsul göndərilir. Paltar asmaq üçün mandal sifariş edilir, lakin uzunluğu 1 santimetrdən az olan, oyuncaq kimi əşyalar göndərilib.

E. Hüseynov əlavə edir ki, birliyə malların çatdırılmaması ilə bağlı da şikayətlər daxil olur:

“Eyni zamanda malların sınıq şəkildə gəlib çıxması halları da yaşanır.

İstehlakçılar bilməlidirlər ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna və “Elektron ticarət haqqında” qanuna görə elektron formada alınan məhsullar 14 gün ərzində dəyişdirilə və qaytarıla bilər. Belə hallarla üzləşən vətəndaşlar 012 599 76 00 nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət etməlidirlər”.

Lalə Novruz,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:429
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 İyun 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri