Icma.az
close
up
RU
"Titanik"in kapitanının saatı 2 milyona satıldı FOTO

"Titanik"in kapitanının saatı 2 milyona satıldı FOTO

Icma.az, Bakupost saytına istinadən bildirir.

“Titanik”in 700-dən çox sərnişinini xilas edən “Karpatiya” gəmisinin kapitanı Artur Henri Rostronun qızıl cib saatı 2 milyon dollara (1,6 milyon funt-sterlinqə) satılıb.

Bakupost.az "Yeniavaz"a istinadən xəbər verir ki, bu barədə BBC telekanalı “Henry Aldridge and Son” hərrac evinə istinadla məlumat yayıb.

Məlumata görə, 18 karatlıq qızıldan hazırlanmış “Tiffany” saatı Rostrona 1912-ci ildə xilas etdiyi “Titanik”in sağ qalan sərnişinləri tərəfindən hədiyyə edilib. Söhbət gəmi qəzası nəticəsində dünyasını dəyişən iş adamları Con Ceykob Astor, Con Teyer və Corc Uaydenerin dul arvadlarından gedir.

Saatın üzərində “Kapitan Rostrona ürəkdən təşəkkür və minnətdarlıq hissi ilə hədiyyə olundu” yazısı həkk olunub. Saat Rostrona Astorların Nyu-Yorkdakı malikanəsində təqdim edilib.

Saat ABŞ-dən şəxsi bir kolleksiyaçı tərəfindən alınıb. BBC-nin məlumatına görə, bu, “Titanik”lə əlaqəli bir əşya üçün indiyə qədər ödənilmiş ən yüksək qiymətdir. Əvvəlki rekord aprel ayında “Henry Aldridge and Son” hərrac evində Astorun qızıl cib saatı 1,2 milyon funta satıldığı zaman qeydə alınıb.

“Titanik” ilk və son səyahətinə 10 aprel 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən yola düşüb. Aprelin 14-dən 15-nə keçən gecə Şimali Atlantika akvatoriyasının sularında aysberqlə toqquşub və 2 saat 40 dəqiqədən sonra batıb. Qəza nəticəsində 1,5 minə yaxın insan həlak olub, 712 sərnişin və ekipaj üzvü xilas olub. Gəminin qalıqları yalnız 1985-ci ildə Nyufaundlend sahillərindən təxminən dörd kilometr dərinlikdə aşkar edilib.

“Titanik”dən ilk qəza siqnalı alan “Karpatiya” gəmisi olub. Faciə yerinə ilk gedən gəmi fəlakətdən sağ çıxanların hamısını göyərtəsinə götürüb. Gəminin özü 1918-ci il iyulun 17-də Birinci Dünya Müharibəsi zamanı İrlandiya sahillərində alman sualtı gəmisi U-56 tərəfindən atılan üç torpedanın vurulması nəticəsində batıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Noyabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see218

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see187

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see151

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see143

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see141

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see139

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see130

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see129

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see128

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see125

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see124

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see123

Ekspert: Aİ və NATO da heç kim Ukraynaya qoşun göndərməyə hazır deyil

13 Sentyabr 2025 08:37see121

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see120

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see119

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see118

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see116

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see116

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see116

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri